Stadionun nizamnamə kapitalı daha öncə 590 milyon olub
“Bakı Olimpiya Stadionu” MMC nizamnamə kapitalını kəskin azaldıb.
“Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elana görə, MMC-nin nizamnamə kapitalı 590,001 mln. manatdan 1 mln. manata düşüb.
Beləliklə, nizamnamə kapitalında 589,001 mln. manat azalma qeydə alınıb.
2014-cü ilin dövlət büdcəsindən Bakı Olimpiya Stadionunun tikintisinə 280 milyon manat vəsait ayrılmışdı.