1993-cü ilin yayında Ağdam uğrunda döyüş iştirakçılarına həsr olunan “258 saylı PDM ekipajı” sənədli filminin təqdimatı keçirilib. Təqdimat Ağdamın Quzanlı qəsəbəsindəbaş tutub. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qarabağ Müharibəsi Veteranları Birliyinin nümayəndələri iştirak edib.
Film Azərbaycan Silahlı Qüvvələrinin 708-ci briqadasının ikinci batalyonunun döyüşçülərindən bəhs edir. Həmin döyüşçülər iyunun 12-də Ağdamın girəcəyində döyüşlər zamanı ermənilərin ön bölmələrini, həmçinin onların komandiri tanınmış terrorçu Monte Melkonyanı məhv ediblər.
Filmdə arxiv materialları, ekspert rəyləri və hərbçilərin öz fikirləri geniş yer alıb.
Melkonyanı məhv 258 saylı PDM-in xidmətlərindən danışılır.
Film müəllifləri inandırıcı şəkildə və dəqiqliklə sübut ediblər ki, İbad Hüseynovun Melkonyanın başını kəsdiyinə israr etməsi uydurmadır. Ağır döyüşlərdə Melkonyanı məhv edən əsl qəhrəmanlar öz mükafatlarını hələ almayıblar.
Ağdam ictimaiyyəti, veteranlar və tələbələr filmi və filmin müəlliflərini prinsipial mövqeyə, həqiqəti göstərdiklərinə görə onlara öz təşəkkürlərini bildiriblər.
258 saylı PDM ekipajının sağ qalan yeganə üzvləri Azaddin Musayev və həmin batalyonun komandiri polkovnik Xətai Baxışovdur. Azaddin Musayev bu gün də tank komandiri kimi öz xidmətini davam etdirir.