“258 nömrəli PDM-in ekipajı” filminin təqdimatı keçirilib


Film məşhur erməni terrorçusu Monte Melkonyanın məhv etmiş ekipaj üzvlərindən bəhs edir

Oktyabrın 16-da Bakı Beynəlxalq Mətbuat Mərkəzində “258 nömrəli PDM-in ekipajı” sənədli filminin təqdimatı keçirilib.

Film döyüş maşınının 1993-cü il iyunun 12-də Azərbaycanın Ağdam rayonunun Mərzili kəndi uğrunda döyüşlərdə məşhur erməni terrorçusu Monte Melkonyanın məhv etmiş ekipaj üzvlərindən bəhs edir.

Film müəllifləri sənədlər, şahidlərin, hadisələrin həyatda olan iştirakçılarının ifadələri əsasında döyüş əməliyyatlarının xronologiyasını bərpa ediblər.

Film Melkonyanın məhz həmin vaxt və həmin yerdə öldürüldüyünü əsaslı şəkildə sübut edərək, bütün digər iddiaların yalan olduğunu üzə çıxarır.

Film “ASALA” terror təşkilatının başçılarından birini kimin və harada məhv etdiyi haqqında uzun mübahisələrə nöqtə qoyur.

Filmin ssenari müəllifi Şahin Hacıyev, rejissoru Elcan Məmmədov, operatoru Elman Nəbiyev, montajçısı Sərxan Vəliyevdir.

Film Nəcəf Nəcəfov fondunun dəstəyi ilə çəkilib.

Ana səhifəVideo“258 nömrəli PDM-in ekipajı” filminin təqdimatı keçirilib