25 yaşlı zabit ehtiyatsızlıqdan hərbçi yoldaşı tərəfindən öldürülüb

Kamran Əliyevin özünü silahla vurduğu haqda məlumatlar var

Source: Meydan TV

İyulun 26-da daha bir Azərbaycan hərbçisinin nəşi evinə gətirilib. Bu, Tərtər rayonunda xidmət etdiyi bildirilən Azərbaycan Milli Ordusunun zabiti, baş leytenant Kamran Elçin oğlu Əliyevdir. Məlumatı ilk olaraq sosial şəbəkədə jurnalist Əzizə İsmayılova paylaşıb.

Zabitin nəşi Bakıya, Binəqədi rayonu, Məsud Davudoğlu küçəsindəki evinə gətirilib. Məlumata görə, 25 yaşlı zabit ehtiyatsızlıq ucbatından hərbçi yoldaşı tərəfindən öldürülüb.

Mələk Əliyeva adlı başqa bir “Facebook” istifadəçisi isə Kamran Əliyevin 7 aylıq körpəsinin atasız qaldığını yazıb. Eyni tarixdə başqa bir əsgər, 21 yaşlı Ramil Cəlilov “tokvurma”dan həyatını

itirib.

Azərbaycan bir gündə iki əsgər itirsə də, Müdafiə Nazirliyi bu barədə heç bir açıqlama verməyib. “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun yaydığı məlumata görə 2019-cu ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 20 hərbi qulluqçu ölüb. Onların 5 nəfəri döyüş, 15 nəfəri isə qeyri-döyüş itkisidir.

Ana səhifəXəbərlər25 yaşlı zabit ehtiyatsızlıqdan hərbçi yoldaşı tərəfindən öldürülüb