25 yaşlı qadın özünü yandırdı

Bir uşaq anası olan Ayşən Mehdiyeva Bakıya gətirilir

Source:
foto APA
foto APA
foto APA
foto APA


Bir uşaq anası olan Ayşən Mehdiyeva Bakıya gətirilir

Hacıqabulda 25 yaşlı qadın intihara cəhd edib. O, üzərinə neft tökərək özünü yandırıb. Təcili xəstəxanaya çatdırılan qadının bədəninin xeyli hissəsinin yandığı bildirilir.

APA-nın məlumatına görə, 1992-ci il təvəllüdlü Ayşən Tərlan qızı Mehdiyevanın intiharına səbəb ailə münaqişəsidir. Həkimlərin ilkin rəyinə əsasən, bir azyaşlı övladı olan qadının həyatına təhlükə var. Onun vəziyyəti kritik olduğundan Bakıdakı müalicə müəssisəslərindən birinə gətirilməsinə qərar verilib.

Fakt araşdırılır.

Ana səhifəXəbərlər25 yaşlı qadın özünü yandırdı