21 nəfərin yaralandığı qəzanın təfərrüatları – YENİ GÖRÜNTÜLƏR

4 mart tarixində Aeroport yolunda baş verən qəza ilə bağlı yeni görüntülər ortaya çıxıb. Hələ dünən hadisənin baş vermə səbəbi kimi prezidentin Mühafizə xidmətinə məxsus avtomobil göstərilirdi. Belə ki, şahidlərin verdiyi məlumata görə, prezidentin mühafizə xidmətinə məxsus avtomobil avtobusu arxadan vuraraq yoldan çıxarıb. Və nəticədə bir neçə avtomobil, o cümlədən mühafizə xidmətinə məxsus olan xidməti avtomobilə ciddi ziyan dəyib. Baş verən toqquşmada 21 nəfər xəsarət alıb.

Bu gün isə həmin mühafizə xidmətinə məxsus avtomobilin növbəti görüntüləri ortaya çıxıb. Vətəndaşların hadisə yerindən çəkdiyi videolarda açıq aydın prezidentin mühafizə xidmətinə məxsus avtomobilin əzilmiş halda hadisə yerində olduğu görsənir.

Meydan TV-nin Whatsapp nömrəsinə gələn mesajda da hadisənin səbəbkarı kimi həmin xidməti avtomobil göstərilir.

Bu gün isə ANS TV-də “Günün fotosu” rubrikasında 21 nəfərin xəsarət alması ilə nəticələnən qəzasını səbəbkarı kimi “TOYOTA” markalı avtomobil göstərilib.

Meydan TV-yə göndərilən növbəti videoda da prezidentin mühafizə xidmətinin avtomobilinin ərazidə olduğu aydın görünür.

Həftəsonu olduğundan XDMX-dən məsələ ilə bağlı mövqe mümkün olmadı.


Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.



Whatsapp nömrəmiz: +49 176 16263646

Ana səhifəVideo21 nəfərin yaralandığı qəzanın təfərrüatları – YENİ GÖRÜNTÜLƏR