“2024-cü il insan hüquqları və söz azadlığına basqılara görə ən ağır il olub”

“Müdafiə Xətti” insan hüquqları təşkilatı 2024-cü ilə dair hesabatını təqdim edib.

Təşkilatın həmtəsisçisi, hüquq müdafiəçisi Zəfər Əhmədov 2024-cü ili insan hüquqları və söz azadlığına basqılara görə ən ağır il adlandırıb. 

Hesabatda 2023-cü ildən başlayaraq müstəqil mediaya qarşı tətbiq edilən total həbslər yer alıb. 

Həmçinin məhkəmələrin sifarişli hökmlər çıxardığı, məhbusların saxlanma şəraitinin pis olması da hesabatın əsas başlıqları olub.

Zəfər Əhmədov jurnalistlərin suallarını cavablayarkən yanvarın 18-i İmişlidə yol polisinin törətdiyi və 4 məktəblinin ölümü ilə nəticələnən qəza sonrası etiraz aksiyasında iştirak edən şəxslərdən bəzilərinin ağır işgəncələrə məruz qaldığını deyib.

Bu gün illik hesabatın təqdimatında hüquq müdafiəçisi, “Müdafiə Xətti” təşkilatının icraçı direktoru Rüfət Səfərov da iştirak etməli idi. 

 Səfərov ötən ilin dekabr ayında həbs olunub və Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham olunur. 

Rüfət Səfərov ittihamları qəbul etmir və həbsinin hüquq müdafiəsi fəaliyyətilə əlaqəli olduğunu bildirir.

Ana səhifəXəbərlər“2024-cü il insan hüquqları və söz azadlığına basqılara görə ən ağır il olub”