2021-ci il “Nizami Gəncəvi İli” elan olundu

Sərəncamda qeyd olunur ki, eks-prezident Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb.

Source: Specify Source


"Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açılıb"

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib.

Bu barədə dövlət başçısı İlham Əliyev yanvarın 5-də imzaladığı

sərəncam

da deyilir.

Bildirilir ki, 2021-ci ildə Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur: “Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir".

Sərəncamda qeyd olunur ki, eks-prezident Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb.

Həmçinin bildirilir ki, 1981-ci ildə Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Nizami Gəncəvinin 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib: "2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib”.

Sərəncamda Nazirlər Kabinetinə “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlaması tapşırılıb.

Ana səhifəSiyasət2021-ci il “Nizami Gəncəvi İli” elan olundu