“Daha bir dəfə” filmi

Mənbə: Meydan TV

Başlıq: “Daha bir dəfə” filmi

2020-ci ilin “Ən yaxşı filmi” açıqlandı

Avropa Kino Akademiyası bu ilin ən yaxşı filminin adını açıqlayıb

Danimarkalı rejissor Tomas Vinterberqin “Another Round” (“Daha bir dəfə”) Ещё по одной — Русский трейлер (2020) - YouTube ekran işi “İlin ən yaxşı filmi” seçilib.

Film dörd müəllimin maraqlı təcrübəsindən bəhs edir. Gündəlik dərslərdən yorulan müəllimlər belə qərara gəlirlər ki, insanın doğulduğu gündən spirtli içkiyə ehtiyacı var. Onlar bu nəzəriyyəni öz üzərlərində tətbiq etməyə qarar verirlər. Bundan ilhamlanan Martin və dostları eksperimentə başlayırlar. Onlar bütün iş günü boyunca spirtli içkinin təsirində qalmağa çalışırlar. Əgər Çörçill İkinci Dünya Müharibəsini ağır spirtli intoksikasiya vəziyyətində udubsa, kim bilir, bir neçə qurtum spirt içən müəllimlər nələr edəcək. İlk nəticələr müsbətdir və müəllimlərin kiçik layihəsi həqiqi bir akademik işə çevrilir. Bu oyunun bəzi iştirakçıları gələcəyi yaxşı görsə də, digərləri dəli olmaq dərəcəsinə çatır.

Tragikomediyada baş rolu Mads Mikkelson oynayır.

Avropa Kino Akademiyası — 1988-ci ildə İsveç rejissoru İnqmar Berqmanın təşəbbüsü ilə yaradılıb. Qaliblərə “Feliks” mükafatı təqdim olunur.

Film dörd müəllimin maraqlı təcrübəsindən bəhs edir.

Film dörd müəllimin maraqlı təcrübəsindən bəhs edir.

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2h8kvt

Ən çox baxılan