2019-cu ilin büdcəsi: gəlirlər və xərclər artırılır

Bu rəqəm 2018-ci ilin proqnozu ilə müqayisədə 3,3%, 2017-ci ilin icrası ilə müqayisədə 10,9% çoxdur

Source:
Milli Məclis
Milli Məclis


Bu rəqəm 2018-ci ilin proqnozu ilə müqayisədə 3,3%, 2017-ci ilin icrası ilə müqayisədə 10,9% çoxdur

Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat, xərcləri 24 780,1 mln. manat proqnozlaşdırılır. Gəlirlər üzrə proqnozun 7 316,0 mln. manatı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı və ya 49,6%-i ARDNF-dan transfertlərin, 3451,6 mln. manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı və ya 3,4%-i isə digər gəlrirlərin payına düşür.

2019-cu il dövlət bücdə zərfinə görə, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər çıxılmaqla dövlət büdcəsinin gəlirləri 11 553,2 mln. manat təşkil edir.

Bu rəqəm 2018-ci ilin proqnozu ilə müqayisədə 3,3%, 2017-ci ilin icrası ilə müqayisədə 10,9% çoxdur.

Ana səhifəXəbərlər2019-cu ilin büdcəsi: gəlirlər və xərclər artırılır