2019-cu ildə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq

Məleykə Abbaszadə: ”İmtahan cədvəlinin iki ildən sonra necə olacağını demək çətindir”

Source:


Məleykə Abbaszadə: ”İmtahan cədvəlinin iki ildən sonra necə olacağını demək çətindir”

2019-cu ildə tətbiqi nəzərdə tutulan orta məktəblərdə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq.

Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, buraxılış imtahanında iştirak edənlər üçün maksimum bal 300-dür.

“Abituriyentlər qəbul imtahanında 3 fəndən maksimum 400 bal toplaya biləcək, yekunda ən yuxarı bal 700 olacaq. Yeni imtahan modelinə əsasən abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcək. Lakin iki ildən sonra keçiriləcək buraxılış və qəbul imtahanlarının cədvəllərini indidən açıqlamaq mümkün deyil”.

M.Abbaszadə deyib ki, yeni modelə əsasən buraxılış imtahanları əvvəlki illərdə olduğu kimi, bir dəfə aparılacaq. Qəbul imtahanlarında isə abituriyentlərə bir neçə dəfə iştirak etmək imkanı veriləcək.

Ancaq o, imtahan cədvəlin iki ildən sonra necə olacağının indidən deməyin çətin olduğunu söyləyib:

“2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanı cədvəllərini ilin əvvəlində elan edəcəyik”.

M.Abbaszadə qeyd edib ki, bu il X sinifdə oxuyan şagirdlər üçün sınaq imtahanlarının keçirilməsi də nəzərdə tutulub. Onlar üçün sınaq imtahanları yalnız X sinfin proqramı çərçivəsində hazırlanacaq.

“Yeni imtahan modelinin tətbiqindən əvvəl bir neçə dəfə sınaq və monitorinq imtahanı keçirəcəyik ki, indi X sinifdə oxuyanların hansı səviyyədə olduğunu, onlardan XI sinifdə nəyi soruşa biləcəyimizi və bu suallara hansı səviyyədə hazırlaşdıqlarını müəyyənləşdirək”.

Ana səhifəXəbərlər2019-cu ildə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq