Sadələşdirilmiş vergi ödəyənlərin dairəsi məhdudlaşdırılacaq
Maliyyə Nazirliyi 2019-cu ilin dövlət büdcəsi layihəsinin təqdimatını keçirib.
Təqdimatda büdcə-vergi siyasəti üzrə əsas tədbirlər əksini tapır. Gələn il qeyri-neft sektorunda və özəl sektorda güzəştli vergi sistemi tətbiq olunacaq. Yeni sistem 8 min manata qədər məbləği 14 faizlik gəlir vergisindən 7 il müddətinə azad etməyi, 8 min manatdan çox hissənin vergi dərəcəsini isə 25 faizdən 14 faizə endirilməsini nəzərdə tutur.
Vergi dərəcəsi də dəyişdirilir. Əmək haqqı fondunun 25 faizi səviyyəsində ayırmalar işəgötürənin lehinə dəyişdirilir.
Vergilər Nazirliyi icbari sosial sığortanın və işsizlik sığortasının hesablanması və ödənilməsini monitorinq edəcək. Daha əvvəl bu, Sosial Müdafiə Fondu tərəfindən edilirdi.
Kiçik sahibkarlıq subyektləri üçün əsas vəsaitlərin sürətləndirilmiş amortizasiyası sistemi tətbiq olunacaq. Kiçik müəssisələrin təsisçiləri dividend vergisindən azaddırlar (10%).
ƏDV üzrə vergi bazası genişlənir. Topdan ticarətlə, lisenziyalaşdırma fəaliyyəti ilə məşğul olan subyektlər, 10 nəfərdən çox əməkdaşı olan istehsal müəssisələri və s. ƏDV-ə cəlb ediləcək.
Nağdsız ödənişlər həyata keçirən pərakəndə və iaşə müəssisələrinə müvəqqəti vergi güzəşti veriləcək. Vətəndaşları nağdsız ödəmələrə təşviq etmək üçün bu əməliyyatlar üzrə ƏDV-in bir hissəsi onlara qaytarılacaq.
Aksizə düşən mallarının idxal və istehsaldan satışa çıxarılmasına qədər izlənilmə sistemi tətbiq ediləcək. Bunun üçün ticarət müəssisələrində yeni nəsil kassa aparatları quraşdırılacaq. Hökumət ayrıca aksizli malların siyahısını genişləndirəcək. Bəzi məhsulları üzrə aksiz dərəcələri artacaq. “Kölgə iqtisadiyyatının” səviyyəsini azaltmaq və iqtisadiyyatın şəffaflığını artırmaq üçün sənədsiz mal dövriyyəsi, vergidən azad gəlirlərin uçotu vergi ödəyicilərinin uçot məlumatlarının dəqiqləşdirilməsi üzərində vergi nəzarəti gücləndiriləcək.
Bundan başqa sadələşdirilmiş vergi ödəyənlərin dairəsi məhdudlaşdırılacaq.