2018-ci ilin büdcə zərfi parlamentə daxil olub

Yaxın zamanlarda büdcə müzakirələri başlayacaq

Source:


Yaxın zamanlarda büdcə müzakirələri başlayacaq

2018-ci ilin dövlət büdcəsinə dair qanun layihəsi artıq parlamentə daxil olub.

Bu barədə Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədri Ziyad Səmədzadə deyib.

O, bildirib ki, büdcə zərfi ilə bağlı sənəd bu günlərdə bütün deputatlara və komitə üzvlərinə paylanılacaq.

“Mən xüsusilə komitəmizin üzvlərini büdcə ilə bağlı təşkil olunacaq müzakirələrdə fəal olmağa səsləyirəm. Çox güman ki, bu ayın sonu, gələn ayın ilk günlərində digər komitələrlə birgə komitəmiz büdcə müzakirələrinə başlayacaq” – deyə komitə sədri bildirib.

Komitə sədri Dövlət büdcəsinin parametrləri ilə bağlı məlumat verməyib.

Ana səhifəXəbərlər2018-ci ilin büdcə zərfi parlamentə daxil olub