”2018-ci il siyasi ədəbiyyat ilinə çevrilsin”

Hüquqşünas İntiqam Əliyevin həbsdən sonra yazdığı “Meydan” romanı nəşr olunub. Mayın 22-də NİDA Vətəndaş Hərəkatının keçirdiyi təqdimata ictimaiyyət nümayəndələri, hüquqşünaslar qatılıb.

“Mən həbsdə olanda bir daha əmin oldum ki, bədii ədəbiyyatın gücü çox böyükdür. Həbsdə insanlar üçün ən böyük qida mənbəyi kitabdır. Bu cür kampaniyalar topluma “yazın və oxuyun” mesajının verilməsi baxımından çox əhəmiyyətlidir. Burada oturan adamların xeyli hissəsi ilə danışmışam, mənə söz veriblər ki, kitablar yazacaqlar. Hüquqçu dostlarımız bu kampaniyaya dəstək verəcək. 2018-ci ili siyasi ədəbiyyat ilinə çevirməyi nəzərdə tuturuq”-romanın müəllifi İntiqam Əliyev deyir.

Təqdimatda həmçinin kitab yarmarkası təşkil olunub. Lakin çap olunan kitabın satışı həyata keçirilməyib. “Meydan”ı oxumaq istəyənlər, əvəzində başqa kitab gətirib. Həmin kitabların isə ehtiyaca olanlara, siyasi məhbuslara verilməsi nəzərdə tutulub.

İntiqam Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2016-cı ildə Ali Məhkəmənin qərarı ilə 5 il şərti cəza almaqla azadlığa buraxılıb. Hüquqşünas beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınırdı.

Ana səhifəVideo”2018-ci il siyasi ədəbiyyat ilinə çevrilsin”