2017 Formula-1 Grand Prix yarışmasına hazırlıqlar başlayır

5 il Bakıda keçirilməsi nəzərdə tutulan Formula-1 yarışmasına hazırlıqlar başlayıb

Source:
Nigar Arpadarai
Nigar Arpadarai


5 il Bakıda keçirilməsi nəzərdə tutulan Formula-1 yarışmasına hazırlıqlar başlayıb

Bu barədə Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai öz facebook səhifəsində yazıb. Bildirib ki, qısa fasilədən sonra 2017 Formula 1 Avropa Qran Prisinə hazırlıqlara başlayacaqlar: “Unudulmaz təəsüratlar vəd edirik”.

2016-cı il “beynəlxalq idman yarışlarının keçirilməsi, hazırlıq və digər təşkilatı işlər üçün” 324 milyon manat vəsait ayrılmışdı.

Gənclər və idman naziri Azad Rəhimov bildirmişdi ki, yarışları Azərbaycanda 5 il “məcburi” keçiriləcək. Azərbaycan müqavilənin ilk 5 ili bitməmiş qərar versə ki, bu yarış keçirilməsin, onda ölkə cərimə olunacaq.

2016-cı il yarışı üçün təkcə, yolların təmirinə 12 milyon manat civarında vəsaitin ayrılmışdı.

Ana səhifəXəbərlər2017 Formula-1 Grand Prix yarışmasına hazırlıqlar başlayır