2017-ci ilin büdcə zərfi Milli Məclisə 1 ay ləngimə ilə təqdim olunub

“Bir ay ləngimə qanunun tələblərini açıq-aşkar pozub”

Source:


“Bir ay ləngimə qanunun tələblərini açıq-aşkar pozub”

Azərbaycanın 2017-ci il üzrə dövlət büdcə zərfi Milli Məclisə təqdim olunub.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya bildirib ki, büdcə zərfi əvvəlcə komitələrin iclasında müzakirə olunacaq, sonra isə plenar iclasa çıxarılacaq.

Büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.

Rövşən Ağayev foto sosial şəbəkə

İqtisadçı Rövşən Ağayev 2017-ci ilin büdcə zərfinin Parlamentə noyabrın 15-də təqdim edilməsini ciddi qanun pozuntusu sayır. O,

bu barədə “Facebook” səhifəsində yazıb ki, “Büdcə sistemi haqqında” Qanunun 13-cü maddəsinə əsasən, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Milli Məclisin müzakirəsinə və təsdiqinə təqdim edilir. Bir ay ləngimə qanunun tələblərini açıq-aşkar pozub. Bunun izahını Maliyyə Nazirliyi verəcəkmi? Qanunu pozmağa görə məsuliyyət və cəza varmı?”

Ana səhifəXəbərlər2017-ci ilin büdcə zərfi Milli Məclisə 1 ay ləngimə ilə təqdim olunub