2017-ci ildə morqlara intiharla bağlı 495 meyit gətirilib

”2016-cı illə müqayisədə rəqəmlərin sayında keçən il nisbətən artım qeydə alınıb”

Source:


”2016-cı illə müqayisədə rəqəmlərin sayında keçən il nisbətən artım qeydə alınıb”

“2017-ci il Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə prokurorun göndərişi və şikayətlər əsasında 3 214 meyit gətirilib”.

“Report”

yazır ki

, bu açıqlamanı Birliyin direktoru Ədalət Həsənov səsləndirib.

Ədalət Həsənov deyib ki, birliyin ölüxanasına gətirilən 3214 meyitin 2239-nun ölüm səbəbi zorakılıqla bağlıdır:

“Onların da 213-ü qəfləti, 495-i intihar, 1531-i isə bədbəxt hadisə nəticəsində baş verib. 2016-cı illə müqayisədə rəqəmlərin sayında keçən il nisbətən artım qeydə alınıb”.

O, 3214 meyitdən 1524-nün paytaxta aid olduğunu deyib:

“Meyitlərdən 2404-ü kişi, 810-u qadın olub. Keçən il qeyri-zorakı, yəni qəfləti xəstəlikdən ölənlərin sayı 921, ölümün səbəbi təyin olunmayan meyitlərin sayı 98 nəfər olub”.

Ədalət Həsənov bildirib ki, 2017-ci ildə narkotikdən ölüm faktına görə Birliyin morqlarına 58 meyit gətirilib:

“Ölənlərdən 45 nəfəri Bakı, 13 nəfəri isə rayonların payına düşüb. Meyitlərin çoxu gənclərə aid idi. Bir il ərzində 17 meyit ekskumasiya edilib. Onların 16-sı ilkin, biri isə təkrar müayinə olunub. Bundan başqa, bir il ərzində Birliyə 429 patoloji anotomik meyitlər gətirilib. Bu sahəyə, adətən, xəstəxanada xəstəlik səbəbindən baş verən ölümlər aid olur. Həmin meyitləri də məhz xəstəxana özü göndərir”.

Ana səhifəXəbərlər2017-ci ildə morqlara intiharla bağlı 495 meyit gətirilib