2017-ci ildə Azərbaycanda böyrək çatışmazlığından 638 nəfər ölüb

“Bu həmin xəstələrin 18,6 faizini təşkil edib”

Source:
Adil Geybulla
Adil Geybulla


“Bu həmin xəstələrin 18,6 faizini təşkil edib”

“Keçən il Azərbaycanda böyrək çatışmazlığı ilə bağlı 638 ölüm faktı qeydə alınıb. Bunun 392-si regionların, 246-sı isə Bakının payına düşüb”.

“Report” xəbər verir ki, bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev

deyib.

Onun sözlərinə görə, hazırda ölkədə böyrək çatışmazlığı diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 3 min 406 nəfərdir ki, bunlardan 2 min 22 nəfəri regionların, 1384 nəfəri isə Bakıdadır.

Xəstələrdən ən balacasının 6 yaşı, ən böyünün isə 84 yaşı var.

Şöbə müdiri əlavə edib ki, ölkədə ötən il 1226 yeni xəstə aşkar olunub.

“2016-cı ildə ölüm göstəricisi xəstələrin 20,2 faizini təşkil edirdisə, bu rəqəm keçən il üçün 18,6 faizə düşüb”.

F.Babayev qeyd edib ki, bu günə qədər ümumilikdə 758 xəstəyə böyrək köçürülüb:

“Keçən il 78 xəstəyə bu əməliyyat icra olunub”.

Professor Adil Qeybulla 638 insanın böyrək çatışmazlığından ölməsini böyük rəqəm adlandırıb.

Meydan TV-ə danışan professor qeyd edib ki, böyrək çatışmazlığından əziyyət çəkənlərin hamısının qeydiyyata düşüb-düşməməsini araşdırmaq lazımdır.

“Məsələ ondadır ki, bu xəstəlikdən əziyyət çəkən imkanlılar xaricə gedib böyrək köçürdə bilirlər və onlar çox vaxt qeydiyyata da düşmürlər. Hər halda bu statistika xəstəliyin artdığını göstərir”.

Onun sözlərinə görə, böyrək xəstəliklərinin artması səbəbləri çoxdur.

“Digər problem böyrək köçürülməsi əməliyyatı ilə bağlıdır ki, bunu hər həkim icra edə bilmir. “Donor haqqında” qanun layihəsi tam fəaliyyət göstərmir. Layihə bir dəfə müzakirə olundu, amma sistem halına salınmadı. Həm də donor mənbəyi və bankı yaratmaq elə də asan məsələ deyil. Ayrı-ayrı klinikalar bu işi görsələr də, bu, vətəndaşın imkanı daxilində deyil. Ona görə də ölüm halları artıb. Əgər 3 min xəstənin beşdə biri ölübsə, deməli, vəziyyət yaxşı deyil”.

Ana səhifəXəbərlər2017-ci ildə Azərbaycanda böyrək çatışmazlığından 638 nəfər ölüb