2016-cı ilin yaşayış minimumu kasıb həyat üçün də kifayət etmir

İqtisadçı Vüqar Bayramov hesab edir ki, bu disbalansın səbəbi az göstərilən yaşayış minimumu yox, yüksək istehlak qiymətləridir

Source:

İqtisadçı Vüqar Bayramov hesab edir ki, bu disbalansın səbəbi az göstərilən yaşayış minimumu yox, yüksək istehlak qiymətləridir

2016-cı il üçün yaşayış minimumu 136 manat proqnozlaşdırılıb. «2016-cı ildə Azərbaycanda yaşayış minimumu haqqında» qanunda bu məbləğ əmək qabiliyyətli əhali üçün 145 manat, pensiyaçılar üçün 115 manat,  uşqlar üçün 118 manat nəzərdə tutulur. Bunun əsasında hökumət pensiya, müavinət, ünvanlı yardım və minimum əmək haqqı müəyyən edir.

Bu məbləğ aztəminatlı vətəndaşlar üçün yetərlidirmi?

 «Turan»ın hesablamasına görə, 2015-ci ilin oktyabrında əmək qabiliyyətli əhali minimum istehlak səbəti, kommunal xidmət, nəqliyyat və internetə 129,7 manat xərcləyib. 2015-ci ildə Nazirlər Kabineti yaşayış minimumunu 131 manat  (işləyənlər üçün 140, pensiyaçı və uşaqlar üçün  108 manat) müəyyən edib. Üstəlik, 2015-ci il üçün yaşayış minimumu manatın 34% devalvasiyasından əvvəl qəbul edilib. Hökumət vətəndaşların devalvasiya itkilərini kompensasiya etməyib.

İşləyən vətəndaşın şəxsi xərcləri (minimum istehlak səbəti çərçivəsində) ilə yaşayış minimumu arasında fərqə qayıdaq. 140 manatdan 129,7 çıxanda 10,3 manat qalır. Aztəminatlı, ammа işləyən insan “səbətdə” nəzərdə tutulmayan məbləği tütünə, spirtli içkiyə, qonaqlara və hədiyyələrə xərcləyə bilər. Və ya bir tay ayaqqabı ala bilər. Minimal istehlak səbətində nəzərdə tutulan paltara pul qalmır.

Əgər gələn il bazarda qiymətlər 2015-ci ilin oktyabrı səviyyəsində qalsa, əmək qabiliyyətli əhalinin daha 5 manatı qalacaq. Çünki hökumət gələn il onlar üçün yaşayış minimumunu 145 manata qaldırıb. «Artıq» 5 manata orta statistik işləyən adam yeni toxuma papaq ala bilər.

Hökumətin normativləri pensiyaçı və uşaqlar üçün də real tələbata uyğun deyil.

Real yaşayış minimumu heç vaxt Nazirlər Kabinetinin qoyduğu normativə uyğun olmayıb. Aylıq minimal əmək haqqı (105 manat) yaşayış minimumunun 80.2%-i qədərdir, deyə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bəyan edib.

«Turan»ın hesablaması göstərir ki, müxtəlif illərdə bazardakı real qiymətlərlə kasıb əhalinin mifik yaşayış norması arasında fərq 30-50% təşkil edib. İqtisadçı Vüqar Bayramov hesab edir ki, bu disbalansın səbəbi az göstərilən yaşayış minimumu yox, yüksək istehlak qiymətləridir. Bir çox ekspertlərin fikrincə, bahalığa səbəb məmurların himayə etdiyi inhisarçı topdansatışçılardır.

Ana səhifəXəbərlər2016-cı ilin yaşayış minimumu kasıb həyat üçün də kifayət etmir