Ziyad Səmədzadə: ”İqtisadi planlar və xərclər dəqiqləşdirilməli, cari xərclər azaldılmalıdır”
Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinə yenidən baxılacaq. Bunun Milli Məclisin növbədənkənar sessiyasında İqtisadi siyasət komitəsinin rəhbəri Ziyad Səmədzadə bildirib. O, bunu neftin qiymətinin enməsi ilə əlaqədar ölkənin gəlirlərinin azalması ilə izah edib.
Z.Səmədzadənin fikrincə, iqtisadi planlar və xərclər dəqiqləşdirilməli, cari xərclər azaldılmalıdır.
2016-cı ilin dövlət büdcəsi neftin bir bareili 50 dollara olmaqla hesablanıb.