2016-cı il nə ilə yadda qaldı? – SORĞU


2016-cı ilin əbədiyyətə qovuşmasına saatlar qalır

Ötən il kimin yaddaşında necə qalıb? Meydan TV bu sualla Bakı sakinlərinə müraciət edib.

-Müxalifətin zəifliyi, bir də qiymətlərin artması ilə yadda qaldı. O qiymət artması millətə bir bəla oldu.

-Aprelin 1-dəki döyüşlərlə. Bizim alınmış torpaqlarımızın bir hissəsini qaytardılar elə bil, o, bizə böyük ümid oldu.

-Yaşayış tərzi bir az ağırlaşır. Demək olar ki, iş yerləri açılmır, iş yeri yoxdur.

-Yarışlar oldu, xaricdən gəldilər. Hər şey yadda qalandır. Hər nə var yaxşılığı doğru gedir.

-2016 bizim üçün yaxşı il olub. Yaxşı idi.

-Çox şeylə yadda qaldı. Ən çox Soso Pavliaşvilinin Bakıya gəlməsi ilə.

– “Günəşli” yatağında olan yanğın, Nərimanov neft yatağında olan yanğın, aprel döyüşləri. 2016 onsuz da ağır gəldi, ağır da getdi.

-Təbii ki, çoxlu şəhid verməklə yadda qaldı. Ölkə barədə onu deyə bilərəm.

– Dolların qalxması ilə hər şey bərbad gündə olub. Görürsüz, heç kimdə bayram ab-havası yoxdur. Hamının çöhrəsində qəm-kədər var. Daha əvvəlki illər yaxşı idi. İndi pis haldı. Inşallah, 2017-ci il yaxşı olar.

– Xoş hadisələr də oldu, qan qaraldan işlər də. Şükür ki, yola veririk. Inşallah, üzümüzə gələn il yaxşı olar, ancaq yaxşı bir şeylər gözlənilmir.

-Nə bilim, özünüz görürsünüz də nədi , nə deyil. Deməyə ehtiyac yoxdur.

– Bir müsbət və mənfi hadisə baş verib. O da aprel döyüşləridi. Ordumuz həm öz gücünü göstərdi, həm də itkilər oldu. Allah rəhmət eləsin. Məncə, əsas Azərbaycan üçün o hadisədir.

-Təbii ki, şəhidlərimizlə yadda qaldı, bu il nə qədər şəhid verdik. Əslində mənim üçün o qədər yaxşı il sayılmaz. Həm xalqımız baxımından ki, o qədər şəhid verdik, bu qədər canlar getdi. Təzəlikcə, neftçilərimizin dənizdə batması, onlar da şəhid sayılırlar. İnşallah, 2017-ci ildə bu hadisələrin heç biri olmaz. Həm xalq üçün rahat bir il olar, çünki indi görünür ki, insanlarda yeni il əhval-ruhiyyəsi yoxdur. Qiymət artımına görə heç kim nəsə etmək istəmir. Hamı öz evinə çəkilib. İnşallah, 2017-ci ildə, 2018-ci ilə keçən ili artıq belə olmaz. Nə xalqımız artıq heç bir şəhid verməz. Həm də istədikləri şeyi, istədikləri vaxt ala bilərlər.

– Heç bir hadisə ilə yadımda qalmayıb.

Ana səhifəVideo2016-cı il nə ilə yadda qaldı? – SORĞU