2015-in büdcəsi: kimə nə düşür?

Növbəti ilin büdcəsində tələbə təqaüdlərinin artımı üçün vəsait nəzərdə tutulmur

Source:


Növbəti ilin büdcəsində tələbə təqaüdlərinin artımı üçün vəsait nəzərdə tutulmur


Müstəqil iqtisadçı Rövşən Ağayev öz bloq yazısında növbəti ilin büdcəsini təhlil edib. İqtisadçı büdcənin Milli Məclis müzakirəsindən başlamış müxtəlif sektorlardakı əməkhaqqılarının artımındakı gözləntilərə toxunub. Məqalədə diqqət çəkən məqamları nəzərə alaraq Meydan TV-in oxucularına təqdim edirik.

Hər il olduğu kimi bu il də deputatların büdcə müzakirələri tələskənliyi və formallığı ilə yadda qaldı. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tövsiyyəsinə görə, büdcənin parlament müzakirələri üçün kifayət qədər vaxt ayrılmalı və bu müddət heç bir halda 1 aydan az olmamalıdır. Təşkilatın ekspertləri hesab edir ki, müzakirələrin müddəti büdcənin dərin və effektiv tədqiqi baxımından çox vacibdi.

Keyfiyyətini kənara qoyaq, Azərbaycanın 2015-ci il büdcəsi cəmi 3 plenar iclasda, 1 komitə iclasında müzakirə edildi. Bizdə büdcə cəmi 1 oxunuşda müzkirə edilib təsdiqlənir. Dünyanın xeyli sayda ölkəsində büdcə ən azı 3 oxunuşda müzakirə edilir. Adətən birinci oxunuşda büdcə layihəsi və ölkə iqtisadiyyatının ümumi vəziyyəti, hökumətin prioritetləri ümumi şəkildə müzakirə edilir və belə müzakirlər aparılır. İkinci oxunuşda detallı müzakirələr aparılır, büdcə bölmə-bölmə müzakirəyə çıxarılır və layihəni hər bir sahəyə məsul nazir təqdim edir. Sonuncu oxunuş büdcəyə təklif olunmuş və yenidən işlənmiş variantın təsdiqi ilə başa çatır.

Bunları xatırlatmağın məqsədi var: məhz bu cür təfsilatlı büdcə müzakirələri olduğu şəraitdə büdcə barədə qaranlıq heç bir sual qalmır. Amma bizdə büdcə 3 gün müzakirə olundu, hələ də cəmiyyətə aydın deyil ki, 2015-c ilin büdcəsindən kim necə bəhrələnəcək. Siyasi institutlar büdcə barədə tam məlumatsızdı. Sosial qrupların maraqlarını müdafiə edən təşkilatların yoxluğu onları da büdcədən tam məlumatsız buraxır. Məsələn, həkimlər, müəllimlər, mədəniyyət işçiləri onların gələn ilki maaşlarının artıb-artmayacağı ilə bağlı şaiələrə inanmaqdan savayı yolu yoxdu.

Qəzetlərin işi lap qəlizdi: büdcə məlumatlarına yaxındılar, amma həm də əlləri çatmır. Elə bu əlçatmazlığın da səbəbi parlament müzakilərələrinin qaçaqaçla keçməsidir. Jurnalistlərin marağı olmaması arqumenti yanlışdı, çünki büdcə çox maraqlı mövzudu.

Görünür elə bu məlumatsızlığın nəticədir ki, son günlər mediadan ən çox eşitdiyim sual da elə budur: gələn maaş, təqaüd və müavinətlər artacaqmı?

2015-ci ilin büdcəsindən sosial sahədə (təhsil, səhiyyə, mədəniyyəy-incəsənət) çalışanların əmək haqqının ödənilməsinə 1,467 milyard manat ayrılması nəzərdə tutulur. Bu, 2014-cü ilə nisbətən cəmi 3 faiz artım deməkdi.  Ümumilikdə gələn ilin büdcəsindən əmək haqlarının artımına 420 milyon manat ayrılması nəzərdə tutulur ki, bundan cəmi 11 faizi 500 nəfərədək insanın çalışdığı sosial sahələrə ayrılacaq.

Gələn il dövlət idarəetmə və hüquq-mühafizə sistemində əmək haqqı xərcləri təxminən 1.1 milyard manat təşkil edəcək ki, bu 2014-cü ilə nisbətən 22 faiz çoxdur. 2015-ci il üzrə əmək haqqı artımları üçün nəzərdə tutulan vəsaitlərin təxminən 50 faizi məhz bu 2 sahəyə ayrılacaq.

Tələbə təqaüdlərinin artımı üçün vəsait nəzərdə tutulmur. 2015-cü ildə həmin məqsəd üçün 25.8 milyon manat vəsait nəzərdə tutulur. Bu, təqribən 2014-cü ilin göstəricisinə bərabərdir.

Sosial müdafiə xərcləri çərçivəsndə ödənilən sosial yardım və  müavinətlər üzrə xərclərin isə cəmi 2 faiz və ya 32 milyon artımı gözlənir.

Ana səhifəXəbərlər2015-in büdcəsi: kimə nə düşür?