2015-ci ildə itkin düşən daha iki neftçinin meyiti tapıldı

Bildirilib ki, cəsəd 149 metr dərinlikdə tapılıb.

Source: Foto: arxiv


Qəzada itkin düşən 14 neftçi qalıb

Xəzər dənizində iyunun 24-də iki nəfərin cəsədi tapılıb.

SOCAR-ın yayığı məlumata görə, bunlar 2015-ci ildə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdir.

Onlardan birinin şəxsiyyəti müəyyən edilib. Cəsədi tapılanlardan biri 4-cü dərəcəli neft-qazçıxarma operatoru, 1971-ci il təvəllüdlü Elşad Rəsulovdur. Cəsəd bu gün ailə üzvlərinə təhvil veriləcək. Digər cəsədin qalıqlarının analizləri hələ davam etdirilir.

Bildirilib ki, cəsəd 149 metr dərinlikdə tapılıb.

2015-ci ilin dekabrında “

Günəşli

” dəniz yatağındakı platformada partlayış və yanğın baş verib.

Yanğın zamanı 33 nəfər evakuasiya edilmişdi. Daha 30 işçini xilas etmək mümkün olmamışdı. Sonradan onlardan 12-nin cəsədi tapıldı. Digər 18 nəfər itkin düşmüş hesab olunurdu. 2020-ci ilin may ayının 8-də SOCAR Xəzər dənizinin hissəsində boru xəttinin monitorinqi aparılarkən 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş iki əməkdaşın cəsədlərinin 190 metr dərinlikdə tapıldığını

bildirdi

.

Hazırda iki neftçinin cəsədinin tapılması, bu hadisədən sonra bərpa edilən axtarış nəticəsində olub. Beləliklə məlum qəzada itkin düşən 14 neftçi qalıb.

Ana səhifəSosial2015-ci ildə itkin düşən daha iki neftçinin meyiti tapıldı