Xərclər strukturunda qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması tədbirlərinə xərclər 300 milyon manat ayrılıb
2014-cü ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 12 milyard 731 milyon manat, xərcləri 10 milyard 117,2 milyon manat təşkil edib.
Bu barədə Neft Fondunun məlumatında deyilir.
2013-cü illə müqayisədə Neft Fondunun gəlirləri 869,5 milyon manat (1,1 mlrd. manat), xərcləri isə 2 milyard 185.5 milyard manat (2,79 milyard dollar) azalıb.
Hesabat dövründə neft-qaz müqavilələrinin satışından gəlir 12 343,8 milyon manat (2013-cü ildə 13 119,9 milyon manat), o cümlədən gəlirli neft və qaz satışından gəlir 12 319,8 milyon manat (13 108 milyon manat) səviyyəsində olub. Fondun tranzit əməliyyatlarından gəliri 8,9 milyon manat təşkil edib. Ötən il Neft Fonduna 13,3 milyon manat məbləğində bonus ödənişləri həyata keçirilib. Hər akra ödənişlərdən daxilolmalar 1,7 milyon manat təşkil edib, xarici investorların verdiyi aktivlərin satışından daxilolmalar 0,1 miluon manat səviyyəsində olub.
Hesabat dövründə Fondun öz vəsaitlərinin idarə olunmasından gəlirləri 387,2 milyon manat (480,6 milyon manat) təşkil edib. 2014-cü ildə Neft Fondunun kurs fərqindən büdcədənkənar gəlirləri 1 611,9 milyon manat (43 milyon manat) təşkil edib.
ARDNF-nin xərclər strukturunda qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması tədbirlərinə xərclər 300 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidənqurması layihəsinin maliyyələşdirilməsinə xərclər 80,2 milyon manat təşkil edib.
Dövlət büdcəsinə transfertlər 9 337 milyon manat (11 350 milyon manat) təşkil edib. 2007-2015-ci illər üçün dövlət proqramı çərçivəsində azərbaycanlı tələbələrin xaricdə təhsilinə 33,5 milyon manat (33 milyon manat) xərclənib. Həmçinin, Bakı-Tbilisi-Qars yeni dəmir yolunun tikintisi layihəsinin maliyyələşdirilməsinə 57,1 milyon manat xərclənib (25,7 milyon manat). Fondun TANAP və TAP layihələri çərçivəsində Azərbaycan qazının Avropaya nəqlinin təyin edilməsi məqsədilə “Cənub qaz dəhlizi” SC-də dövlətin iştirak payının maliyyələşdirilməsinə xərcləri ötən il 40 mln. manat, “STAR” neft emalı kompleksinin tikintisinə xərcləri 223,5 milyon manat təşkil edib. Ötən ilin yekunlarına görə Fondun idarəetməsi üzrə xərclər 45,9 milyon manat (47,5 milyon manat) təşkil edib.
2015-ci il yanvarın 1-nə olan məlumata görə, ARDNF-nin aktivləri 2014-cü ilin başlanğıcı ilə müqayisədə 3,42 faiz artaraq (35 877,5 milyon) 37 104,1 milyon dollar təşkil edib.