“2013-cü ildən bu yana əyalətlərdə həbslər intensiv xarakter alıb”

Hüquq müdafiəçiləri ölkədə insan haqlarının durumunu müzakirə ediblər

Source:


H


ü


quq m


ü


dafi


əç


il


ə


ri


ö


lk


ə


d


ə


insan haqlar


ı


n


ı


n durumunu m


ü


zakir


ə


edibl


ə


r

İnsan Hüquqlarını Müdafiə Təşkilatlarının Monitorinq Qrupu iyulun 30-da Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin ofisində ölkədə insan haqlarının durumuna dair mətbuat konfransı keçirib.

Novella Cəfəroğlu hüquq müdafiəçisi Leyla Yunusun və həyat yoldaşı Arif Yunusun saxlanması haqda informasiya aldıqlarını söyləyib və bunu pislədiklərini bildirib: “Yəqin ki, ölkənin digər hüquq müdafiəçilərilə birgə yaxın günlərdə bu fakta daha detallı münasibət ifadə edəcəyik”.

Tədbirdə ölkədə insan haqları sahəsində durumun ağırlaşdığı ifadə edilib. Vətəndaş cəmiyyəti institutlarının, gənc fəalların, QHT təmsilçilərinin, siyasi və ictimai hərəkat fəallarının həbsinə etiraz ifadə olunub.

Gəncədə QHT rəhbəri Həsən Hüseynlinin xuliqanlıq maddəsilə həbs olunması kəskin pislənilib. Məhkəmə prosesində H.Hüseynlinin üzünə duraraq onu xuliqanlıqda ittiham edən sürücünü hüquq müdafiəçiləri “ştatlı işverən” adlandırıblar. H.Hüseynlinin Gəncədə nüfuzlu şəxs olmaqla yanaşı, həm də nüfuzlu QHT rəhbəri olması xüsusi vurğulanıb.

Tədbir iştirakçıları siyahılarında olan 29 nəfər siyasi məhbusun taleyilə bağlı Prezident Administrasiyasına və ölkə prokurorluğuna məlumat verdiklərini deyiblər. Amma bütün səylərinə baxmayaraq, bu sahədə durumun heç də sadələşməməsinə diqqət çəkiblər.

Bu yaxınlarda həsb edilən Sirac və Fərəc Kərimov qardaşlarının narkotik, Müsavat Partiyası Tərtər rayon təşkilatının keçmiş sədri Xaqani Məmmədovun xuliqanlıq maddəsilə saxlanmasına diqqət çəkilib.  Xaqani Məmmədov iki qadını döymək kimi əsassız ittihama məruz qalıb və Tərtər rayon Məhkəməsi onun  barəsində 7 gün ev dustaqlığı qərarı çıxarıb. Rayon prokuroru bu qərara etiraz edib və Şəki Apellyasiya Məhkəməsinə həbs qətimkan tədbiri seçmək təqdimatı göndərib. “Bir sözlə, məmur özbaşınalığı baş alıb gedir, 2013-cü ildən bu yana əyalətlərdə həbslər intensiv xarakter alıb” – deyə  hüquq müdafiəçisi Səidə Qocamanlı qeyd edib.

Siyasi və ictimai fəalların ya narkotik, ya da xuliqanlıq maddəsilə ittiham olunması diqqət mərkəzinə gətirilib. Məhkəmələrin ya siyasi sifariş, ya da korrupsiya maraqlarından irəli gələrək qərar çıxardığı ifadə edilib. Azərbaycanda hüquq-mühafizə orqanlarının vətəndaşlara münasibətdə cəzaların ağır formasını seçdiyi vurğulanıb. “Bütün bunlar göstərir ki, ölkənin hüquq-mühafizə və məhkəmə sistemində ciddi islahatlar aparılmalıdır” – N.Cəfəroğlu belə söyləyib.

Monitorinq qrupunun siyasi məhbus siyahısının Avropa Şurasının Baş katibliyinə təqdim olunduğu bildirilib.

Son vaxtlar sosial şəbəkələrdə fəallığa görə bloqqerlərin həbsinə də toxunulub. Bu həbslər ifadə azadlığını pozmaq kimi dəyərləndirilib.

Tədbirdə təkcə ictimai-siyasi fəalların deyil, sadə vətəndaşların da haqsızlığa məruz qaldığı və hüquqlarının qorunmadığı deyilib. Vətəndaş hüquqlarının qorunmamasına əsas səbəb kimi müstəqil məhkəmə sisteminin olmaması göstərilib. Belə ki,Yevlaxda hamilə olan Şəhla Muxtarova soyadlı qadın özünü təcavüzdən qorumaq istəyərkən qətlə səbəb olub. Özünü qorumasına və hamilə olmasına baxmayaraq, məhkəmə ona 7 il həbs cəzası verməkdən çəkinməyib. Xətai rayon sakini Sultanxanım Həsənova qanuni qaldığı yataqxanada digər bir ailə tərəfindən 12 kv metrlik otağından çıxarılıb. Xətai rayon Məhkəməsi isə hər hansı əsas olmadan qadının yüksək məbləğdə cərimə olunması qərarı qəbul edib. “Bir sözlə, insan haqları sahəsində vəziyyət ürəkaçan deyil, məhkəmələr məmur, korrupsiya maraqlarına xidmət etdikcə də yaxşı olacağı gözlənilmir” – bu fikirləri isə hüquq müdafiəçisi Səadət Bənənyarlı qeyd edib.

Ana səhifəXəbərlər“2013-cü ildən bu yana əyalətlərdə həbslər intensiv xarakter alıb”