İnflyasiya, idxalın, yanacağın bahalanması ilə yanaşı inhisarçılıq da işini görür
Son altı ildə ölkədə ərzaq 19,3 faiz bahalanıb.
Artım təxminən belədir: 2009-cu il (-14,6 faiz), 2010-cu il (+9 faiz), 2011-ci il (+4,3 faiz), 2012-ci il (+2,1 faiz), 2013-cü il (+2,8), 2014 (+3,5 faiz). Son 6 ildə mal əti 14,3 faiz, qoyun əti 25 faiz, balıq məhsulları 45 faiz, şəkər tozu 18,5 faiz, qənd 68 faiz, qatıq 25 faiz, yerli pendir 29,4 faiz, şirniyyat 11,6 faiz, kartof 50 faiz bahalanıb.
Xama 100% bahalanıb. Soğan 2013-cü ildə 1 manat olub, indi 2008-ci ildəki qiymətə – 0,5 manatadır.
Ekspertlər hesab edir ki, 6 ildəki bahalanma daxili və xarici amillərlə bağlıdır. İnflyasiya, idxalın, yanacağın bahalanması ilə yanaşı inhisarçılıq da işini görür.
Ekspertlərin biri belə deyib: “Ən vacib amillərdən biri inhisarçılıqdır. Bayram süfrələrindəki ərzağın çoxunu inhisarçı qiymətlərlə alırıq. Bunun qarşısı alınmasa, bayram süfrəsinin xərcləri ilbəil artacaq”.