Bakıda 200 dollar satmaq istəyən şəxsi 148 manat cərimələyiblər
Daxili İşlər Nazirliyi məlumat yayıb ki, qanunsuz valyuta mübadiləsi aparan daha bir nəfər saxlanıb.
Məlumata görə, həmin şəxs 200 ABŞ dollarını satmaq istəyib. O, 148 manat cərimə edilib.
Ölkənin əksər bankları dollar satışını dayandırdıqdan sonra Bakıda “qara bazar”lar meydana gəlib. Ancaq son günlər bir neçə şəxs qanunsuz valyuta mübadiləsi adı ilə həbs edilib.