“20 Yanvar” metrostansiyasındakı ticarət köşkləri sökülür

Söküntü obyekt sahibləri tərəfindən etirazla qarşılanıb

Source:


S


ö


k


ü


nt


ü


obyekt sahibl


ə


ri t


ə


r


ə


find


ə


n etirazla qar


şı


lan


ı


b

İyulun 30-da, axşam saatlarında metronun “20 Yanvar” stansiyasında ticarət köşklərini sökməyə başlayıblar.

“Qafqazinfo” saytının yaydığı məlumata görə, söküntü obyekt sahibləri tərəfindən etirazla qarşılanıb. Çünki əvvəlcədən xəbərdarlıq edilmədiyindən sahibkarlar mallalarını dəyər-dəyməzinə satmaq məcburiyyətində qalıblar. Artıq metronun giriş və çıxış hissəsinə yaxın obyektlər sökülüb, digərlərinə isə söküntü ilə bağlı xəbərdarlq edilib.

Bu ilin mart ayından metrodakı bütün ticarət obyektləri sökülüb.

Metronun “20 yanvar” stansiyasının keçidlərindəki ticarət obyektləri isə Nəqliyyat Nazirliyinin nəzarətində olduğu üçün sökülməmişdi.

Ana səhifəXəbərlər“20 Yanvar” metrostansiyasındakı ticarət köşkləri sökülür