“20 ölü, 26 yaralı”

Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı

Source:


Erm


ənistan Müdafiə Nazirliyi məlumat yaydı

Avqustun 2-də Ermənistanın tanınmış saytlarından olan tert.am saytı ölkəsinin Müdafiə Nazirliyinə istinadən cəbhədəki son vəziyyətlə bağlı xəbər verib.

APA-nın xəbərinə görə, tert.am-ın xəbərində Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda qondarma “Dağlıq Qarabağ” ordusunun 20 əsgərinin öldüyü, 26 nəfərin isə yaralandığı açıqlanıb. Həmin açıqlamada Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan tərəfini sərt addımlardan çəkinməklə bağlı çağırışı da yer alıb.

Daha sonra sayt məlumatı səhifədən yığışdırıb, bir az sonra isə onu yenidən yayımlayıb.

Bir müddət sonra tert.am yenidən xəbəri səhifəsindən yığışdırıb və sayta “haker hücumu olduğu üçün” xəbərə ölü və yaralı sayı ilə bağlı cümləninin “əlavə olunduğunu” bildirib.

Ana səhifəXəbərlər“20 ölü, 26 yaralı”