”20 ildən sonra yenidən ”qara bazar” yaranır”

Mərkəzi Bank hər gün proseslərə təsir imkanlarını, manat da dəyərini itirir

Source:


Mərkəzi Bank hər gün proseslərə təsir imkanlarını, manat da dəyərini itirir

“Mərkəzi Bankın 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyənatında qeyd olunur ki, uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bank “üzən məzənnə rejiminə”nə keçid barədə qərar qəbul etmişdir. Bu keçid taktiki olaraq makroiqtisadi manevr xarakterini daşımış, strateji olaraq isə milli iqtisadiyyatın şaxələndirilməsi strategiyasının dəstəklənməsinə yönəlmişdir. Artıq 1 həftədir ki, ötən ilin dekabrın 21-dən elan etdiyi üzən məzənnə siyasətinə keçiddən imtina edən Mərkəzi Bank valyuta bazarında formalaşdırdıı hazırkı situasiya ilə özünü daha pis vəziyyətə salıb. Görünür ki, Mərkəzi Bank apardığı yalnış məzənnə siyasətini davam etdirərsə, tezliklə valyuta bazarına da nəzarəti itirə bilər”.

Bu sözləri öz Facebook səhifəsində iqtisadçı Qubad İbadoğlu yayıb.

Onun sözlərinə görə, əvvəlcə mübadilə məzənnəsini formalaşdırmaq üçün banklara sərbəstlik verən Mərkəzi Bank, sonradan mübadilə məzənnəsinin dəyişməsini 4 faizlik marja ilə limitləşdirməklə geriyə addım ataraq, bəyan etdiyi prinsiplərə də zidd getdi: “Bu da onun valyuta bazarında gedən proseslərə təris imkanlarını zəiflədərək, 20 ildən sonra yenidən “qara valyuta bazar”ının yaranmasını şərtləndirdi. Hazırda Azərbaycan manatının ABŞ dollarına və avroya qarşı məzənnəsində müşahidə olunan “qara bazar” məzənnəsi rəsmi məzənnədən 50 faizədək yuxarıdır. Bu göstərir ki, Mərkəzi Bank inzibatı yollarla banklarda və mübadilə məntəqələrində dollar qıtlığı yaratdığca, bu fərq daha da böyüyəcək və “qara bazar” daha əlverişli mübadilə məzənnəsi təklif etməklə cəlbediciliyini artıracaq. Hətta dollarını satmaq istəyənlər belə banklara və ya onların mübadilə məntəqələrinə deyil, “qara bazar”a üz tutacaqlar. Bu isə dekabrın 1-ə olan məlumata görə, valyuta ilə depozitlərin cəmi əmanətlərdə 76 faizə çatması ilə pul kütləsinin tənzimlənməsinə təsirini getdikcə itirən Mərkəzi Bankın əlavə olaraq valyuta bazarında da imkanlarını məhdudlaşır və manat üçün daha pis perspektiv vəd edir. Odur ki, Mərkəzi Bank bazarda real olaraq formalaşan məzənnəni etiraf etməli və mübadilə məzənnəsini formalaşdırmaq üçün banklara sərbəstlik verməlidir.

Ana səhifəXəbərlər”20 ildən sonra yenidən ”qara bazar” yaranır”