Tural Abbasov 34 yaşına qədəm qoyanda uşaqlıqdan tutduğu arzusunun arxasınca düşməyə qərar verib. O 2015-ci ildə dünya səyahətinə getməyə qərar verəndə BMT –nin Qaçqınlar üzrə Ali Komissarlığındakı işindən ərizə yazaraq çıxıb və yola düzəlib.
İki il yarıma 30 min km-ə yaxın yolu velosipedlə qət edərək 26 ölkəni gəzib. O, Asiya, Avstraliya, Şimali Amerika, Avropa qitələrində olub.
O, iki il yarım davam edən səyahəti müddətində 35 min dollar xərcləyib. Deyir ki, buna heyfsilənmir. Yol boyu topladığı təcrübəni itirilməz xəzinə sayır. Bundan sonra yol hekayələrini kitab halında çap etməyi düşünür.