Mənbə: Meydan TV

190 manatlıq birdəfəlik yardıma müraciət edə bilirsiz?

190 manatlıq birdəfəlik yardıma müraciət edə bilirsiz?

Cansu Mehdizadə Covid-19 epidemiyası ilə bağlı hökumətdən birdəfəlik yardım almaq üçün etdiyi elektron müraciəti sonlandıra bilmir. Hər dəfə ona “yanlışdı” mesajı gəlir.

Aprelin 4-də Nazirlər Kabineti koronavirus pandemiyası ilə bağlı Tədbirlər Planı hazırlayıb. Sənədə görə, hökumət işsiz insanlara 190 manat birdəfəlik yardım edəcək. Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu yalnız onlayn qaydada aparılır. Onlayn müraciət edən vətəndaşların bəziləri sistemdə problemlər yarandığını qeyd edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, ən geniş serverlər yaradılsa da, onların da bir limiti var.

Yardım 200 min işsiz statusuna uyğun gələn vətəndaşa şamil olunub. Dövlət büdcəsindən bunun üçün 70 milyon manat ayrıldığı açıqlanıb. Qeyri-rəsmi işləyənlər isə diqqətdən kənar qalıb. İqtisadçı Toğrul Vəliyevə görə, hökumət “Məşğulluq haqqında” qanundan istifadə edərək, xərclərini minimuma endirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev həmçinin bildirib ki, birdəfəlik ödənişə bir ailənin iki üzvünün hüququ yaranırsa belə, 190 manat – yaşayış minimumu yalnız onların birinə ödəniləcək.

Hökumətin yardım planını vətəndaşlar da soruşmuşuq. Bəzilər ailə üzvü işlədiyindən müraciət edə bilmədiyini deyir.

İşsiz şəxslərin qeydiyyatı üçün müraciət qrafiki də hazırlanıb. 12 apreldən sonra isə hər bir işsiz şəxs istənilən gün elektron qaydada müraciətini edə biləcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/gpckjz

Ən çox baxılan