18 yaşlı əsgərin intihar etdiyi bildirilir

Fəhmin Əbilov

Fəhmin Əbilov

''Ailəsi uşağın özünü öldürməsinə inanmır''

Avqustun 8-də axşam saatlarında Lerik rayonunun Kıncıvo kənd sakini, 2000-ci il doğumlu Fəhmin Akif oğlu Əbilovun Beyləqanın “N” saylı hərbi hissəsində özünü güllə ilə vuraraq öldürdüyü bildirilir.

Meydan TV-yə danışan ailəsi isə onun özünü öldürmə ehtimalının olmadığını, bədənində yara və zorakılıq izləri aşkarlandığını bildiriblər.

Meydan TV məlumatın həqiqət olub-olmadığını dəqiqləşdirmək üçün Lerik rayonu, Kıncıvo kənd icra nümayəndəsi Elxan Aslanovla əlaqə saxlayıb. İcra nümayəndəsi məlumatı təsdiqləyib, ilkin rəyin əsgərin intihar etməsi olduğunu söyləyib:

“Hələlik, araşdırma gedir. Mərhumun meyiti kənddədir, ancaq dəfn edilməyib. Ekspertiza təyin edilib, meyidə baxış keçirilib. Ailəsi uşağın özünü öldürməsinə inanmır. Buna görə ekspertiza təyin edilib. Yəqin çox saxlamazlar, axşama dəfn də edərlər”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5s4w1v

Ən çox baxılan