18 oktyabr Müstəqilliyin 25 illiyidir

Bir neçə il əvvəl 18 oktyabrın qeyri-iş günü qeyd olunması qəraı ləğv edilib

Source:


Bir neçə il əvvəl 18 oktyabrın qeyri-iş günü qeyd olunması qərarı ləğv edilib

Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 25 il ötür.

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, 92 deputat sessiyaya qatılmayıb. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilir.


18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilsə də, bir neçə il əvvəl 18 oktyabrın qeyri-iş günü qeyd olunması ləğv edilib.

Ana səhifəXəbərlər18 oktyabr Müstəqilliyin 25 illiyidir