Sertifikasiya Komissiyasının daha bir yeniliyi şüa diaqnostikası ixtisası üzrə keçirilən imtahanlardakı dəyişikliklə əlaqədardır
Sertifikasiya Komissiyasında yeni 18 ali tibb ixtisası üzrə imtahanların keçirilməsi üçün hazırlıq gedir.
Səhiyyə Nazirliyinin 2 iyul 2021-ci il protokoluna əsaslanaraq, ali təhsil pilləsində (baza ali) tibb təhsilini bitirən (yanı internatura və ya rezidenturası olmayan) şəxslərin üçün müvafiq olaraq müalicə işi (tibb), pediatriya (baza), tibbi profilaktika (ictimai səhiyyə) və stomatologiya (baza) ixtisaslar üzrə imtahanların keçirilməsi
planlaşdırılır
.
Sertifikasiya Komissiyasının daha bir yeniliyi şüa diaqnostikası ixtisası üzrə keçirilən imtahanlardakı dəyişikliklə əlaqədardır.
Şüa diaqnostikası üzrə həkimlərin fərqli cihazlarda çalışdıqlarını nəzərə alaraq, həmin həkimlərin imtahanları fərqli formatda keçiriləcək. İmtahanda verilən sualların əsas hissəsi çalışdığı cihaz üzrə, digər suallar isə ümumi şüa diaqnostikası ixtisası üzrə olacaq.
Sertifikasiya Komissiyasında imtahana hazırlıq təlimləri və sınaq imtahanları keçirilir.
Nazirlər Kabinetinin müvafiq qərarında edilən dəyişikliyə görə rezidentura səviyyəsi üzrə 18 yeni ali tibb ixtisası əlavə olunub. Həmin ixtisaslar bunlardır.
-
Ailə təbabəti
-
Nüvə təbabəti
-
Endodontiya
-
Parodontologiya
-
Restorativ stomatologiya
-
Ortopedik stomatologiya
-
Uşaq stomatologiyası
-
Ortodontiya
-
Uşaq və yeniyetmə psixiatriyası
-
Neonatologiya
-
Uşaq endokrinologiyası
-
Uşaq kardiologiyası
-
Uşaq nefrologiyası
-
Uşaq nevrologiyası
-
Uşaq qastroenterologiyası
-
Uşaq urologiyası
-
Uşaq yoluxucu xəstəliklər
-
Uşaq ürək-damar cərrahiyyəsi