Valideynlərin istintaqa cəlb olunduğu bildirilir
Naxçıvanda 17 yaşlı Laçın Rzayevanın intiharı ilə əlaqədar Şərur Rayon Prokurorluğunda cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Şərur rayon sakini, 2005-ci il təvəllüdlü Laçın Rzayeva iyulun 23-də yaşadığı evin həyətyanı sahəsindəki bağda özünü asaraq intihar edib.
17 yaşlı qızın ölümündən öncə sosial media hesabında aşağıdakı paylaşım olub:
“İmtahan nəticəm aşağıdır. Evdə ailəm mənə çox əsəbiləşdi. Ən böyük reaksiyanı isə atam verdi. Hələ bu gün işə getməmişdən əvvəl mənə dedi:
“Mən işdən gələnə qədər get, özünü as, öldür”. Mən daha bu münasibətə dayana bilmirəm. Və elə atamın dediyi kimi edəcəm. Daha bəsdi…”
Meydan TV-nin prokurorluqdakı mənbədən əldə etdiyi məlumata görə, Laçın Rzayevanın valideynləri istintaqa cəlb olunub