160 saylı avtobus yenə qəza törətdi

Hadisə nəticəsində 3 nəfərin yaralandığı bildirilir

Oktyabrın 6-da Bakıda 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusu minik avtomobili ilə toqquşub. Hadisə aeroport yolunda qeydə alınıb.

“Report”-un məlumatına görə, qəza nəticəsində minik avtomobilini idarə edən, 1976-cı il təvəllüdlü Mənsurə Məmmədova və onun 6 yaşlı övladı Rəşad Məmmədov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, hadisə barədə məlumat daxil olan kimi əraziyə 3 təcili-tibbi yardım briqadası göndərilib: "Yaralılar xəsarətləri yüngül olduğu üçün təcili-tibbi yardım avtomobili ilə xəstəxanaya getməkdən imtina ediblər. Onlar özləri xəstəxanaya gediblər. Avtobus qəzası nəticəsində xəsarət alan hər 3 şəxsin vəziyyəti normaldır".

Bu, son bir həftədə Binə qəsəbəsinə gedən 160 saylı xətt avtobusunun törətdiyi ikinci yol qəzasıdır. Oktyabrın 1-də həmin xətt üzrə hərəkət edən marşrut avtobusunun qatarla toqquşması nəticəsində 2 nəfər ölüb, 40 nəfər xəsarət alıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nqgsg3

Ən çox baxılan