16 ştat Trampı məhkəməyə verib

Kaliforniyanın rəhbərliyi İlə aralarında Nyu (New) Yorkun da olduğu 16 əyalət ABŞ prezidenti Donald Trampdan şikayətçi olublar. İddianın səbəbi Trampın Meksika sərhədinə hörmək istədiyi divar üçün fövqəladə vəziyyət elan etməsidir.

16 əyalət Şimali Kaliforniyadakı ABŞ Region Məhkəməsinə gedərək Trampın məhkəməyə verilməsi üçün müraciət edib.

Kaliforniyanın Baş prokuroru Xavier Becerra, "Bu gün prezident səlahiyyətlərini sui-istifadəsinin qarşısını almaq üçün Trampı məhkəməyə veririk. Prezident Trampa Konqresin əyalətlərimizdə yaşayan insanların faydasına köçürmüş olduğu vergi gəlirlərini təktərəfli olaraq yağmalamasına dur demək üçün iddia açırıq. Çoxumuz üçün prezident ofisi bir teatr salonu deyil,"- şərhini edib.

Teksas (Texas) ştatından üç mülk sahibi və bir ətraf mühit qrupu da fövqaladə vəziyyət elanının konstitusiyaya zidd olduğunu söyləyərək cümə günü Trampı məhkəməyə vermişdi.

Demokratların divar üçün lazımlı finansmana təsdiq verməməsindən sonra ABŞ-da büdcə təsdiqlənməmiş və federal xidmətlər keçən dekabr ayından etibarən qismən dayanmışdı.

Cümə günü Ağ Evdə bir açıqlama verən Tramp fövqəladə vəziyyət elanıyla birlikdə büdcədən müxtəlif proqramlar üçün ayrılan 8 milyard dolları divarın inşası üçün yenidən istiqamətləndirəcəyini söyləyib.

Hökumətin bağlanmasına şərait yaratmamaq üçün büdcə Konqresdən keçirilib. Sərhəddə hörüləcək divar üçün büdcədən 1,4 milyard dollar ayrılıb. Tramp fövqəladə vəziyyət elanıyla birlikdə isə daha 6,7 milyard dollar divarın inşası üçün ayıra biləcək.

Becerra fövqəladə vəziyyət elanını tələb edəcək bir vəziyyətin olmadığını sübut etmək üçün Trampın öz sözlərindən istifadə edəcəklərini açıqlayıb.

Şikayət edənlərdən (Kaliforniya, Nyu York, Kolorado, Konnektikut, Delaver, Havay, Illinoya, Mayn, Meriland, Miçiqan, Minnesota, Nevada, Nyu Cersi, Nyu Meksiko, Oreqon, Virciniya) Meriland xaricində yerdə qalan 15 əyalətin hamısının qubernatoru demokratdır. Çoxunun bələdiyyə məclislərində də demokratlar əksəriyyət təşkil edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/n4qyae

Ən çox baxılan