16 ölkədən 200-dən artıq jurnalist Əfqan Muxtarlıya azadlıq tələb edib

“Gürcüstan hakimiyyətini Əfqan Muxtarlının işini düzgün araşdırmağa çağırırıq”

Source:
Latviyanın paytaxtı Riqada jurnalistlərin aksiyasından
Latviyanın paytaxtı Riqada jurnalistlərin aksiyasından


“Gürcüstan hakimiyyətini Əfqan Muxtarlının işini düzgün araşdırmağa çağırırıq”

16 ölkədən olan 200-dən artıq jurnalist mayın 29-da Tbilisidən oğurlanaraq Azərbaycana gətirildiyi bildirilən Əfqan Muxtarlı ilə bağlı bəyanat imzalayıb.

Jurnalistlərin bəyanatda deyilir:

“Biz 16 ölkədən olan jurnalistlər, Meydan TV-nin jurnalisti Əfqan Muxtarlıya azadlıq tələb edirik. O, Mayın 29-da Gürcüstandan oğurlanaraq Bakıya gətirilib. Biz Azərbaycan hökumətinin dissidentlərə, jurnalistlərə qarşı müharibəsini qətiyyətlə pisləyirik. İnanırıq ki, bu hücum sadəcə araşdırmaçı jurnalisti susdurmaq üçün nəzərdə tutulub. Gürcüstan hakimiyyətini Əfqan Muxtarlının işini düzgün araşdırmağa çağırırıq. Biz bütün beynəlxalq təşkilatlara üzümüzü tutub deyirik ki, əgər Qərb fundamental azadlıqlara qarşı bu çirkin kampaniyanı görməzdən gəlsə, onda Gürcüstan və Azərbaycan hökumətinin Qərbdəki tərəfdaşları da gözdən düşəcəklər”.

Bəyanatı bu ölkələrdən olan jurnalistlər imzalayıb: Azərbaycan, Belarus, Gürcüstan, Estoniya, Fransa, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Ermənistan, Rusiya, Tacikistan, Ukrayna, Birləşmiş Krallıq, ABŞ.

Ana səhifəXəbərlər16 ölkədən 200-dən artıq jurnalist Əfqan Muxtarlıya azadlıq tələb edib