15 yaşlı azərbaycanlı ”Forbes” siyahısına düşüb

”Arzum Nobel mükafatı almaqdır”

Source:
Reyhan Camalova
Reyhan Camalova


”Arzum Nobel mükafatı almaqdır”

“Forbes”

jurnalı

nda 30 yaşdan aşağı 30 asiyalı siyahısında ilk dəfə olaraq Azərbaycan vətəndaşının adı qeyd edilib.

BBC

xəbər

verir ki, bu “Rainergy” layihəsi ilə diqqətə düşən 9-cu sinif şagirdi, 15 yaşlı Reyhan Camalovadır. http://www.bbc.com/azeri/azerbaijan-43558366

“2017-ci ilin noyabrında Hindistanda keçirilən BMT Qlobal Sahibkarlıq Sammitindən sonra “Forbes”dən mənimlə əlaqə saxladılar, məni “30 yaşdan aşağı 30 asiyalı siyahısına” namizəd kimi təklif elədilər”.

R.Camalovanın sözlərinə görə, sonradan o, 2 min namizədin arasından seçilib.

“Bu gün xəbər aldım və mənim üçün böyük sürpriz oldu, çox sevindim. Çox qürur duydum, özümü xoşbəxt hiss edirəm. Ona görə qürur duyuram ki, bu siyahı üzrə Azərbaycanın adı ilk dəfə çəkilirdi. Bu siyahıda Azərbaycanı təmsil etməyim olduqca qürurvericidir”.

O, qeyd edib ki, “Forbes” siyahısına 15 yaşlı sahibkar kimi təqdim edilməsi “yagışdan elektrik” ideyası ilə bağlıdır.

“Bu layihə hələ ideya mərhələsindədir. Üzərində işlər davam edir. Elmlər Akademiyasının Yüksək Texnologiyalar parkı ilə müqavilə imzalamışıq və həmin müqavilə əsasında model üzərində işləyirik. Hazırda daha çox dərslərimə fikir verirəm, çünki 9-cu sinif şagirdiyəm. Layihənin də üzərində işləyirəm. Hazırda onun effektivliyinin artırılması istiqamətində işlər gedir. Əlimizdə prototiplərimiz var. Daha effektli modelin hazırlanması üzərində işləyirik. Tam təkmilləşdirdikdən sonra dünya səviyyəli şirkət qurmaq niyyətindəyik”.

R.Camalova bildirib ki, Qlobal Sahibkarlıq Sammitindən sonra ideya ilə maraqlananlar çox olub və hal-hazırda da danışıqlar davam etdirlir.

“Tələblərdən biri budur ki, biznes plan üzərində işlənilsin. Biznes planın da tam hazır olması üçün onun effektivliyi tam yoxlanılmalıdır”.

Gələcək hədəflərindən danışan şagird bildirib ki, dünyanın tanınmış universitetlərində təhsil almaq və fizik olmaq istəyir.

“Hələ tam dəqiq deyil, amma ABŞ universitetləri, MİT, Harvard, Kanadanın Torronto universiteti də ola bilər. Nobel mükafatı qazanmaq ən böyük arzumdur”.

Ana səhifəXəbərlər15 yaşlı azərbaycanlı ”Forbes” siyahısına düşüb