15 yaşı tamam olmamış şəxslər üçün şəxsiyyət vəsiqəsinin rüsumu azaldılır

”Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir

Source:


”Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir

Azərbaycanda 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsumların məbləği dəyişdirilir. Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişik layihəsi fevralın 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.

Layihəyə görə, Azərbaycanda 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsi



– 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat,





– 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat,





– 1 iş günü verildikdə və ya dəyişdirildikdə 25 manat məbləğində müəyyən edilib.

“Dövlət rüsumu haqqında” qanunun hazırda qüvvədə olan müvafiq maddəsinə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə,




10 gün müddətində verildikdə 5 manat,





– 3 iş günü müddətində edildikdə 25 manat,





– 1 iş günü müddətində verildikdə isə 35 manat məbləğindədir.

İclasda bildirilib ki, qanun layihəsi 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə daha aşağı məbləğdə dövlət rüsumunun müəyyən olunması məqsədi ilə hazırlanıb. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib və qəbul edilərsə, dəyişiklik 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.

Ana səhifəXəbərlər15 yaşı tamam olmamış şəxslər üçün şəxsiyyət vəsiqəsinin rüsumu azaldılır