Baş Prokurorluq: 15 nəfərin spirtdən ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Foto: Azərtac

Həmin şəxslərin qəbul etdikləri etil spirtindən zəhərlənməsi nəticəsində öldükləri deyilir

Bakının Sabunçu rayonu ərazisində son 2 gündə 15 nəfərin etil spirtindən zəhərlənərək öldüyü bildirilir.

22-23 fevral tarixlərində baş verən faktlarla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, hadisə yerlərinə baxış zamanı daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95 % spirtə malik gigiyenik vasitənin boş şüşələri aşkar edilib.

Ana səhifəSosialBaş Prokurorluq: 15 nəfərin spirtdən ölməsi faktı ilə bağlı cinayət işi başlanıb