15 il, 25 qanun və səlahiyyətsiz, statussuz bələdiyyələr… (VİDEO)


Dekabr


ı


n 23-d


ə


Az


ə


rbaycanda b


ə


l


ə


diyy


ə


se


ç


kil


ə


ri ke


ç


iril


ə


c


ə


k. Art


ı


q bir h


ə


ft


ə


dir ki, se


ç


ki kampaniyas


ı


ba


ş


lasa da, c


ə


miyy


ə


td


ə


se


ç


ki atmosferi sezi


lmir. Bu, b


ə


lk


ə


d


ə



ə


ks


ə


r m


ü


xalif partiyalar


ı


n se


ç


kini boykot etm


ə


si il


ə


ba


ğ


l


ı


d


ı


r. M


ə


s


ə


l


ə


nin m


ə


nfi t


ə


r


ə


fi ondad


ı


r ki, bu il Az


ə


rbaycanda b


ə


l


ə


diyy


ə


l


ə


rin yaranmas


ı


n


ı


n 15-ci ild


ö


n


ü


m


ü


d


ü


r. Bu m


ü


dd


ə


td


ə


b


ə


l


ə


diyy


ə


sistemind


ə


hans


ı


islahatlar


ı


n ke


ç


irilm


ə


si, qanunver


icilik bazas


ı


n


ı


n t


ə


kmill


əş


m


ə


si v


ə


daha hans


ı


yenilikl


ə


rin olaca


ğı


aktuall


ığı


n


ı


saxlay


ı


r. “H


ü


quq v


ə



İ


nki


ş


af”


İ


ctimai Birliyinin s


ə


dri Hafiz H


ə


s


ə


novla m


ü


sahib


ə


mizd


ə


yaranm


ış


suallara cavab tapma


ğ


a


ç


al


ış


d


ı


q.



Hafiz b


ə


y, 15 il


əvvəl yaradılan bələdiyyələr haqqında fikirlər müxtəlifdir, Milli Məclisin müvafiq komitəsinin sədri Arif Rəhimzadə yerli özünüidarəetmə orqanlarında islahatların aparıldığını bildirir. Sizin bu məsələyə baxışınız necədir?

–     Azərbaycan müstəqilliyini elan edəndən sonra öz Konstitusiyasını qəbul etdi. Orada yerli özünüidarəetmə qurumları demokratik idarəetmə forması kimi təsbit olundu. Sənəddə bələdiyyələr yerli icra hakimiyyətlərilə eyni qaydada idarəetmədə iştirak edirdi. Ancaq deməzdim ki, ötən 15 ildə bələdiyyələr yerli idarəetmə institutları kimi tam yerini tutdu. Əslində, qanunvericiliyimizin Avropa standartlarına uyğunlaşması məsələsi qoyulurdusa, bələdiyyələr yerli hakimiyyət institutlarına çevrilməliydi. Söhbət nədən gedir? Birincisi, idarəetmədə əsaslı islahatlar aparılmalıydı, icra hakimiyyətinin rolu regional idarəetməyə qədər getməliydi. Ümumiyyətlə, Avropa praktikasında olduğu kimi yerli idarəetmədə hakimiyyət bütövlükdə bələdiyyələrdə olmalıydı. Heç olmasa kənd, qəsəbə yerli icra hakimiyyətlərinin yerində bələdiyyələr olmalıydı.



Mənzil İstismar İdarələri ləğv olunmalıydı?

–         Ləğv olunmamalıydı, əksinə, bu qurumun statusu genişlənməli, inkişaf etdirilməli və bələdiyyələrin xidmətləri formasında daha yenidən təşkil olunmalıydı. Ancaq bu, pilot layihələr kimi həyata keçirilib, çox təəssüf ki, yayılmayıb. Hazırda Azərbaycanda yerli özünüidarəetməylə bağlı 25-dən artıq qanun var, bu sahədə qəbul edilən sənədlər bələdiyyələrin hüquqi bazasında rol oynayıb, amma bu, hələ də bələdiyyələrin yerli özünüidarəetmə orqanları kimi real statusa malik olması məsələsini həll etmir. Bu gün bələdiyyələrin əsas problemləri onların dövlət orqanları statusuna malik olmamasıdır.



Buna n


ə mane olur?

–         Mən bu məsələdə problemli bir şey görmürəm. Azərbaycan bu sistemi qəbul edibsə, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin üzvüdürsə, eyni zamanda, müvafiq xartiyaya qoşulubsa, gec-tez bu yöndə islahatlar aparılmalıdır.



Ancaq Gürcüstanda bu proses getdi…

–         Müəyyən qədər. Demək olmaz ki, Gürcüstanda da bu qurum tam formalaşmış şəkildədir, amma Azərbaycanla müqayisədə çox öndədirlər. Yəni real səlahiyyətlər forması var. Ona görə bələdiyyə seçkilərinə marağın yüksək olmamasının əsas səbəblərindən biri bələdiyyələrin statusuyla bağlıdır. Konkret olaraq, bu qurum nəyi bacarır, nə edə bilər sualları açıqdır. Necə ki, Azərbaycanda bələdiyyələr mərhələlərlə real hakimiyyət orqanı statusuna çatmayıb, bələdiyyə seçkilərində fəallıq gözlənilən şəkildə olmayacaq. Bir məqamı deyim, bu illərdə bələdiyyələrin birləşdirilməsi yönündə islahatlar aparılıb, bir qədər mərkəzləşdirilib, əvvəllər iki dəfə bələdiyyə institutları vardısa, bu gün 1607 institut var. Namizədlərin siyahısına baxsaq görərik ki, sadəcə, alternativlik təmin olunub. Bir yerə 2, 2,5 nəfər namizəd verilib.



Ümumiyyətlə, hökumət bələdiyyələrlə bağlı beynəlxalq təşkilatlar qarşısında hansı öhdəliklər götürüb? Bildiyimiə görə, Bakı şəhərinin bələdiyyəsi yaradılmalıydı…

–         Öhdəliklər daha çoxdur. Azərbaycan hələ Avropa Şurasına üzv qəbul olunanda ayrıca bir bənd kimi yerli özünüidarəetmə haqqında xartiya da qəbul etdi və buna uyğun olaraq bələdiyyə qurumları təşkil edilməliydi. Formal olaraq bunlar var, yəni xartiya imzalanıb. Parlamentdə ratifikasiya olunub, ancaq sənəddən irəli gələn bələdiyyələrin statusu, böyük şəhər bələdiyyələrinin statusu məsələsi açıq qalır. Konkret, siz dediyiniz Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərində böyük bələdiyyə institutları yaradılmalıydı.



Gəlin konkretləşdirək, tezislər şəklində deyin. Bələdiyyələrin hansı səlahiyyətləri olmalıydı?

–         Ümumilikdə, bələdiyyənin yerli idarəetmə sahəsində bütün səlahiyyətləri olmalıydı. Sosial xidmətlər, iqtisadi, ekoloji məsələlərlə bağlı çox geniş səlahiyyətləri olmalıydı. Hansı ki, bu gün bu səlahiyyətləri yerli icra hakimiyyətləri həyata keçirdir.



Yaxın gələcəkdə bələdiyyələrə bu səlahiyyətlər verilsə, yerli icra hakimiyyətləri ilə toqquşma yaranmayacaqmı?

–         Əslində, islahatlar nəticəsində bu prosesi yaxşı aparmaq olardı. Birinci növbədə, rayonlarda kənd və qəsəbə icra nümayəndəlikləri ləğv edilib, bələdiyyələrə verilməliydi. Növbəti mərhələdə icra hakimiyyətləri ləğv olunmalı, onların yeri bələdiyyələrə verilməlidir. Yəni o yerdəki bələdiyyə var orda icra hakimiyyəti yoxdur. Yaxud cra hakimiyyəti olan yerdə bələdiyyə aşağı səviyyədə təmsil olunur. Səlahiyyətlərin toqquşması indi var, formal da olsa, nəzəri baxımdan ikili hakimiyyətlik var. Ancaq real hakimiyyət yenə də icra hakimiyyətlərindədir.



Ona görə ötən 15 ildə bələdiyyələr yerli əhali arasında ancaq “torpaq satan” adını alıb?

–         Bu, bir az bəsit yanaşmadır. Belə götürdükdə, bələdiyyə yerli idarəetmədə real işlər görməyən hala salınıb. Sadə əhali bələdiyyələrin fəaliyyətini torpaq satmaqda görür. Bu, həm də bələdiyyənin problemidir ki, insanların təfəkküründə həmin formada qalıb. Çünki vətəndaşlar ancaq torpaq məsələlərində bələdiyyələrlə ünsiyyətdə olurlar və onlarda belə təəssürat yaranıb ki, bələdiyyənin işi torpağı icarəyə vermək, satmaqdır. Amma Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü əsas öhdəliklərdən biri də bələdiyyələrin müstəsna səlahiyyətə uyğun olaraq real, yetərli maliyyə ehtiyatlarının olmasıdır. Bu gün maliyyə ehtiyatları yoxdur. Araşdırsaq, bu gün bələdiyyələrə hansı vergilər verilir, görərik ki, bununla qurumun büdcəsini formalaşdırmaq mümkünsüzdür. Eyni zamanda, dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyanın məbləği də azdır. Yəni yerli özünüidarəetmə orqanlarının Konstitusiyadan irəli gələn imkanları yoxdur. Ona görə bələdiyyələrin icra hakimiyyətlərilə toqquşmasında üstünlük ikincilərdə olur.



Bəlkə bu sadaladıqlarınıza görə seçicidə bələdiyyə seçkilərinə maraq yoxdur?

–         Bəli, mən də başlanğıcda onu dedim ki, namizədlərin irəli sürülməsində fəallığın olmaması, seçici fəallığının aşağı olması səsləndirdiyim səbəblərlə bağlıdır. 2009-cu ildə ən aşağı göstərici qeydə alınmışdı. Nəzərə alın ki, 2009-cu ildə 15-20 faiz seçici fəallığı var idi, amma MSK-ın məlumatlarında bu rəqəm iki dəfə çox idi.



O zaman 23 dekabr seçkilərində hansı fəallığı gözləyirsiniz?

–         Güman etmirəm ki, bələdiyyələrin səlahiyyətində nəsə baş verib ki, bu, seçici fəallığını artırsın. Artıq vəziyyət göstərir ki, namizədlərin irəli sürülməsində fəallıq o qədər yüksək deyil, əsasən YAP-ın namizədləridir, müxalif partiyalar prosesdə iştirak etmir, parlamentdəki partiyalar isə çox az sayda namizəd irəli sürüb. Ümumiyyətlə, mövcud durum seçkilərlə bağlıdır. İndiyə qədər keçirilən seçkilərin beynəlxalq standartlara uyğun olmaması, mübahisələndirilməsi həm namizədlərdə, həm də seçicilərdə inam və etimad probleminin olduğunu göstərir. O baxımdan, seçki qanunvericiliyində islahatların aparılması zəruridir. Bu, seçki komissiyalarına, namizədlərin irəli sürüməsinə, seçki kampaniyasına, seçkilərin nəticələrinə və seçki şikayətlərinə baxılmasına aiddir. İstərdim ki, müxalif partiyalar 23 dekabr seçkilərinə qatılsın. Çünki növbəti il parlament seçkiləri üçün hüquqi bazanın bir qədər təkmilləşdirməsinə nail olardıq. Bir də partiyalar “seçkilər düzgün keçirilmir”, “onsuz da bələdiyyələrin statusu yoxdur” deyib, bir az da süstlük yaratmamalıdırlar. Ancaq bir məqam da var, partiyalar öz qərarıyla namizədlərini irəli sürürsə, 8-9 sənəd verilməlidir. Hər namizəd üçün notarial qaydada təsdiq olunmuş nizamnamə, qeydiyyat şahədətnaməsi, səlahiyyətli nümayəndənin sənədinin təsdiqi, yəni böyük bir sənədlər toplusu tələb olunur. 2009-cu il seçkiləti ərəfəsində ATƏT-in Bakı ofisinin təmsilçisi bu məsələni qaldırmışdı, cənab Cankorel prosedurların sadələşdirilməsini istəyirdi. Ancaq MSK sədri Məzahir Pənahov cavab vermişdi ki, prosedur sadədir, dəyişməyə heç bir ehtiyac yoxdur. Müzakirələr açılsa, fərqli situasiyanı görmək olar. Demək istəyirəm, qanunvericiliyin verdiyi minimum imkanlardan faydalanmaq olardı. Eyni zamanda, partiyaların yerli strukturlarını hərəkətə gətirmək üçün 23 dekabr seçkilərinə qatılmaq lazım idi.



Seçkilərdə yalnız YAP pulsuz televiziya və radio təşviqat hüququndan istifadə edə bilərdi, onlar da imtina ediblər. Bunun özü də seçkiyə marağı azaltmırmı?

–         Əslində, bu, ondan qaynaqlanır ki, digər partiyaların prosesdə iştirakdan imtina etməsi prosedur çətinliklərlə bağlıdır. Yəni ölkə üzrə daha çox namizədi qeydə alınan partiya televiziya imkanlarından istifadə edə bilər. 2009-cu il seçkilərində YAP bu imkanı qazanmışdı. Amma mən seçkilərdə iştirakdan imtinada bir şey görmürəm. Yəqin ki, qeyri-bərabər vəziyyətin yaranmasına görə bu addımı atırlar.



Çıxışınızın ümumi ovqatı seçkilərə bədbin yanaşma ortaya qoymurmu?

–         Deməzdim ki, bədbinəm. Bütün hallarda mən buna seçki prosesi kimi baxıram. Bizim təşkilat əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də hüquqi yardım etmək istəyirdi. Bu baxımdan seçkilərin qızğın keçməsi bizim üçün də vacib idi. Ancaq müxalif partiyaların seçkilərdə iştirak etməməsi müəyyən süstlük yaradır.  Bununla belə, tam bədbin proqnoz vermək də düzgün olmazdı. Bu gün MSK-ın saytına baxın, görün nə qədər şikayətlər var və bunu əvvəlki seçkilərlə müqayisə edin, o zaman mənzərə sizə aydın olacaq. Demək istəyirəm ki, seçkiyə yalnız prosesin içində olanda qiymət vermək olur. Kənardan müşahidə edib, bunu hüquq müstəvisinə gətirmək mümkünsüzdür. Güman edirəm ki, Azərbaycan, nəhayət, azad və ədalətli seçkilərin keçirilməsinə nail olacaq. Bizim başqa yolumuz da yoxdur!

Ana səhifəVideo15 il, 25 qanun və səlahiyyətsiz, statussuz bələdiyyələr… (VİDEO)