14 saylı cəzaçəkmə müəssisəsində nə baş verib?

Həbsxananın önünə polis maşınları gəlib, “içəridə nə baş verdiyi, bilinməsə də, orada məhkumların qiyam etməsi barədə söz gəzir”

Source:


Həbsxananın önünə polis maşınları gəlib, “içəridə nə baş verdiyi, bilinməsə də, orada məhkumların qiyam etməsi barədə söz gəzir”

Dekabrın 22-də səhər saat 10 radələrində Qaradağ rayonu Qızıldaş qəsəbəsində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində bir neçə məhkum daxili intizam qaydalarını kobud surətdə pozaraq, digər məhkumların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək hərəkətlərə yol veriblər. Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimiayyətlə əlaqələr şöbəsinin məlumatında deyilir.

Lakin məlumatda cəzaçəkmə müəssisəsində məhz nə baş verdiyi və məhbusların niyə etiraz etdiyi açıqlanmır.

Məlumatda bildirilir ki, Penitensiar Xidmətin Baş İdarəsinin rəhbər əməkdaşları müəssisəyə daxil olaraq, daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara qanunun tələblərini izah ediblər və qısa zaman ərzində cəzaçəkmə müəssisəsində sabitlik bərpa edilib. Cəzaçəkmə müəssisəsinin ətrafına gətirilmiş xüsusi qüvvələr dislokasiya yerlərinə qaytarılıb.

Penitensiar xidmət rəhbərliyi bir daha bəyan edir ki, cəzaçəkmə müəssisələri daxilində əmin-amanlığı pozmağa yönələn hərəkətlərin qarşısı qanun çərçivəsində qətiyyətlə alınacaq.

Öz növbəsində, Qızıldaş qəsəbəsinin sakinləri bildirirlər ki, həbsxananın önünə polis maşınları gəlib: “İçəridə nə baş verdiyi, bilinməsə də, orada məhkumların qiyam etməsi barədə söz gəzir”.

14 saylı cəzaçəkmə müəssisəsində az ağır cinayətlərə görə və ilk dəfə həbs edilmiş məhkumlar saxlanılır. Siyasi məhbus kimi qəbul edilmiş Yadigar Sadıqov, Qurban Məmmədov, Sərdar Əlibəyli də bu cəzaçəkmə müəssisəsində saxlanılır (Turan İA).

Ana səhifəXəbərlər14 saylı cəzaçəkmə müəssisəsində nə baş verib?