1334 dərman üçün yeni qiymət müəyyənləşdi

Dövlət qeydiyyatına alınan dərman vasitələrinin qalan hissəsinin qiymətlərinin tənzimlənməsinin bir ay ərzində başa çatdırılması nəzərdə tutulur

Source:


Dövlət qeydiyyatına alınan dərman vasitələrinin qalan hissəsinin qiymətlərinin tənzimlənməsinin bir ay ərzində başa çatdırılması nəzərdə tutulur

Azərbaycanda dövlət qeydiyyatına alınan 10 mindən çox dərman vasitəsindən indiyədək 7 075-nin qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilib.

“Report” Tarif (qiymət) Şurasına istinadən xəbər verir ki, bunlardan 5 741-i apteklərdə artıq təsdiq edilən qiymətlərlə satılır.

Qiymətləri təsdiqlənən digər 1 334 dərman vasitəsinin yeni qiymətləri isə iyunun 1-dən qüvvəyə minəcək.

Beləliklə, sabahdan etibarən qiymətləri tənzimlənən 7 075 dərman vasitəsinin hamısı ölkə ərazisində bütün apteklərdə təsdiq edilmiş qiymətlərlə satılmalıdır.

Dövlət qeydiyyatına alınan dərman vasitələrinin qalan hissəsinin qiymətlərinin tənzimlənməsinin bir ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Qiymətləri təsdiq edilən dərman vasitələrinin, qüvvəyə minmə tarixi də göstərilməklə həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib. Bu siyahı qiymətlər təsdiqləndikcə yenilənir.

Qeyd olunanları nəzərə alaraq, istehlakçılara qiymətləri təsdiq edilən dərman vasitələrinin fərqli qiymətə satılması halı ilə qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya 498-15-01 və 498-15-04 nömrəli telefonlarla nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur.

Ana səhifəXəbərlər1334 dərman üçün yeni qiymət müəyyənləşdi