131 şagird qızıl medal alıb

Qızıl və gümüş medal alanların 69 nəfəri Bakı, 83-ü isə bölgə məktəblərini təmsil edir

Source:

Qızıl və gümüş medal alanların 69 nəfəri Bakı, 83-ü isə bölgə məktəblərini təmsil edir

Təhsil naziri Mikayıl Cabbarov ümumi təhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltif edilməsi haqqında əmr imzalayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla təltif edib.

 Qızıl və gümüş medal alanların 69 nəfəri Bakı, 83-ü isə bölgə məktəblərini təmsil edir. Onların 135 nəfəri dövlət, 17 nəfəri özəl məktəblərdə təhsil alıb. Qızıl medal sahiblərinin 75 nəfəri oğlan, 77 nəfəri qızdır.

Medala namizədlər Nazirlər Kabinetinin “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na uyğun olaraq müəyyənləşdirilib.

Medalla təltif zamanı namizədlərin ümumtəhsil məktəbində oxuduğu müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə fərqlənməsi, fənn olimpiadalarında, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə yüksək mükafat qazanması nəzərə alınıb.

 Həmçinin, təhsildə yüksək nəticələr göstərmiş bir qrup məzun Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltifə təqdim olunub.

Ana səhifəXəbərlər131 şagird qızıl medal alıb