Nigar Yaqublu: “İndi onlar xəstələnsə, yenə cəfasını biz çəkəcəyik, həbsxana rəhbərliyi yox”
“Bu şaxtalı qış günündə 13 saylı Cəzaçəkmə Müəssisəsində nə işıq, nə də normal qaz var”
Bu sözləri gənc fəal Nigar Yaqublu facebook səhifəsində yazıb. O, atası Tofiq Yaqublunun saxlanıldığı 13 saylı CM-də soyuq hava şəraiti zamanı məhbusların vəziyyətinin daha da çətinləşdiyini bildirir:
“Elə indicə ata ilə danışdım. Həbsxanada biabırçı durum var. İstilik sistemi işləmir. İşıq hələ də verilməyib. Məhbuslar bu soyuq havada açıq havadadırlar. Onsuz da soyuq barakla çölün heç bir fərqi yoxdur. Məhbusların sağlamlığına görə çox narahatam. Əgər onlara bir şey olsa, məsuliyyət bu hakimiyyətindir! Adamın bu soyuqda çöldə bir dəqiqə qala bilmədiyi halda, məhbuslar çöldə, soyuq otaqlarda saxlanılırlar. İndi onlar xəstələnsə, yenə cəfasını biz çəkəcəyik, həbsxana rəhbərliyi yox”.
Bayram günləri olduğundan Penitensiar Xidmətdən məsələyə münasibət öyrənmək mümkün olmadı.