“125-lər” və ADR Avropa Oyunları ilə bağlı bəyanat yaydı
“Azərbaycan hakimiyyətini yaranmış fürsəti bir daha dəyərləndirməyə və cəmiyyətimizin inkişafına xidmət edən qərarlar qəbul etməyə dəvət edirik”
Source:
Bu yazı 10 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 12 İyun 2015 01:38
“Azərbaycan hakimiyyətini yaranmış fürsəti bir daha dəyərləndirməyə və cəmiyyətimizin inkişafına xidmət edən qərarlar qəbul etməyə dəvət edirik”
İyunun 10-da “125-lər” Siyasət Klubu I Avropa Oyunları ilə bağlı mövqeyini açıqlayıb. Musavat.com saytının dərc etdiyi sənəddə deyilir: “İyunun 12-də Azərbaycanda ilk I Avropa Oyunlarına start verilir. Ölkəmiz çox məsuliyyətli, beynəlxalq miqyaslı bir tədbir ərəfəsindədir. Tədbirin əhəmiyyəti, Azərbaycan həqiqətlərinin çatdırılması, ölkənin PR-ı nöqteyi-nəzərindən hədsiz dərəcədə qiymətlidir. Azərbaycanın tanınmaq, özü də yaxşı yöndən tanınmaq ehtiyacı çoxdur. Öyünəcək məqamlarımız, zəngin tarixi mədəniyyətimiz, qonaqpərvər insanlarımız, gözəl təbiətimiz var. Amma ölkədə həllini gözləyən problemlər də az deyil. Sosial problemlərdən uzaq, insan haqlarının boğulmadığı, konstitusiyamızda təsbit edilmiş bütün azadlıqların tanındığı, hüququn aliliyinə söykənən bir ölkənin təbliğ edilməsi daha qürurverici olar. Ölkənin imicini onun keçmiş mədəniyyəti deyil, daha çox indiki demokratik ab-havası formalaşdırır. Bu, günümüzün reallığıdır. Maraqlıdır ki, ictimai fikir Avropa Oyunlarına münasibətdə iki qütbə ayrılıb. Bir qisim tədbirin ölkə nailiyyətlərinin təbliği üçün fürsət olduğunu iddia etdiyi kimi, digər qisim ölkədə mövcud olan problemlərin həlli və gündəmə gətirilməsi üçün bunu əlverişli fürsət hesab edir. Biz “125-lər” Siyasət Klubu olaraq düşünürük ki, istər xarici siyasətdə, istərsə də daxili məsələlərdə problemlərin həllində ölkə olaraq, özümüzə güvənməliyik. Yeni tariximiz bir daha göstərdi ki, ikili standartların hakim olduğu dünya siyasətində heç bir kənar qüvvəyə problemlərimizin həllini etibar etməməliyik. İdman, mədəniyyət, incəsənət insanlıq tarixində heç vaxt sərhəd tanımayıb, siyasətdən yüksəkdə dayanıb. Məhz buna görə də, bir xalqın, bir ölkənin deyil, bəşəriyyətin dəyəri sayılıb. Əksinə, sərhədləri inkar edib, dünyada sülhə və barışa münbit şərait yaradıb. Beynəlxalq statuslu bu növ tədbirlərə qatılmağımz, ölkəmizin Avropaya tək siyasi deyil, həm də mədəni inteqrasiyası hesab edirik. İlk Avropa oyunlarının təşkilatçılığı kimi ağır və məsuliyyətli bir işi öhdəsinə götürmüş ölkəmizə uğurlar diləyir və ölkənin demokratikləşməsi istiqamətində də uğur qazanmağı, dünya ictimaiyyətinin rəğbətini məhz bu yöndən qazana bilməyi arzulayırıq”.
Demokratiya və Rifah Hərəkatı da I Avropa Oyunları ilə bağlı bəyanat yayıb. Meydan TV-yə daxil olan sənəddə öncə bu oyunlara qatılan 291 Azərbaycan idmançısına qələbələr arzulanır. Daha sonra deyilir: “Arzu edirik ki, onların qabiliyyəti və gücləri ilə Azərbaycanımız zirvələri fəth etsin, üç rəngli bayrağımız dəfələrlə yüksəlsin, himnimizin musiqisi təkrar-təkrar səslənsin.
Uzun müddət müzakirələrin mərkəzində olan və getdikcə daha aktuallaşan Avropa Oyunları söhbətləri yəqin ki, hələ çox dəyərləndirmələrə məruz qalacaq. Biz, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı olaraq bu oyunlara Azərbaycanın qonaq sahibliyi etməsinin deyil, bu tip tədbirlərdə atəşfəşanlığın, dəbdəbələrin və bir sözlə, izafi xərcləmələrin əleyhinə olmuşuq. Hesab etmişik, bu tədbirlər maksimum rasionallıqla təşkil olunmalıdır ki, ondan iqtisadiyyatımız və əhalimiz maddi-mənəvi ziyanlar çəkməsin. Onun yaradacagı xərclər sonradan büdcəmiz və xalqımız üçün əlavə yükə çevrilməsin.
Təcrübə göstərir ki, bu tip tədbrilər demokratiyaya, söz azadlığına, insan haqlarına hörmət olunan dövlətlərdə, azad və firavan cəmiyyətlərdə daha çox səmərə verir. Odur ki, Azərbaycan hakimiyyətini də yaranmış fürsəti bir daha dəyərləndirməyə və cəmiyyətimizin inkişafına xidmət edən qərarlar qəbul etməyə dəvət edirik”.
Veb saytımız cookie-lərdən istifadə edir. Optimal performans üçün çərəzləri qəbul etməyinizi tövsiyə edirik.
Funksional
Always active
Texniki baxımdan yaddaşda saxlama və ya çatımlılıq ciddi şəkildə önəmlidir. Çünki, o abunəçinin və ya istifadəçinin açıq aşkar tələb etdiyi xüsusi xidmətdən istifadəsini qanuniləşdirir və ya sadəcə olaraq mesajın elektron kommunikasiya şəbəkəsi üzərindən ötürülməsini təmin edir.
Parametrlərə gedin
The technical storage or access is necessary for the legitimate purpose of storing preferences that are not requested by the subscriber or user.
Statistika
The technical storage or access that is used exclusively for statistical purposes.Texniki baxımdan yaddaşda saxlama və ya çatımlılıq yalnız anonim statistik məqsədlər üçün istifadə olunur. Yalnız bu məqsədlə saxlanılan və ya alınan məlumat, ümumiyyətlə, məhkəmə çağırışı vərəqi, internet xidməti təminatçısının könüllü razılığı və ya üçüncü tərəfin əlavə qeydiyyatı olmadan sizin kimliyinizi müəyyən etmək üçün istifadə edilə bilməz.
Marketinq
Oxşar marketinq məqsədləri üçün bir və ya bir neçə veb-saytda reklam yerləşdirmək və ya istifadəçini izləmək məqsədilə istifadəçi profilləri yaratmaq üçün texniki yaddaş və ya çatımlılıq tələb olunur.