12 oktyabr mitinqinə icazə verildi

“Hər bir siyasi məhbusun ailə üzvləri, yaxınları, tərəfdar və dostları, məsləkdaşları onun şəkilləri və ona aid şüarlarla mitinqdə iştiraka hazırlaşmalıdırlar”

Source:


“Hər bir siyasi məhbusun ailə üzvləri, yaxınları, tərəfdar və dostları, məsləkdaşları onun şəkilləri və ona aid şüarlarla mitinqdə iştiraka hazırlaşmalıdırlar”

Demokratik qüvvələrin Milli Şurasının oktyabrın 12-nə təyin etdiyi mitinqə Bakı şəhər İcra Hakimiyyəti razılıq verib. Məlumatı “Azadlıq” qəzetinə aksiyanın təşkilatçılarından Fuad Qəhrəmanlı verib. Fuad Qəhrəmanlı deyib ki, cavab məktubunu artıq alıblar. Mitinqin “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı Məhsul stadionunda, saat 15:00-dan 17:00-a qədər keçirilməsinə razılıq verilib.F.Qəhrəmanlı mitinqə hazırlığın yüksək səviyyədə getdiyini deyib.

Aksiyanın əsas şüarının siyasi məhbuslara azadlıq olduğunu xatırladan Fuad Qəhrəmanlı siyasi məhbus ailələrini və yaxınlarını aksiyada fəal iştiraka çağırıb. O bildirib ki, hər bir siyasi məhbusun ailə üzvləri, yaxınları, tərəfdar və dostları, məsləkdaşları onun şəkilləri və ona aid şüarlarla mitinqdə iştiraka hazırlaşmalıdırlar. Təşkilatçılar siyasi məhbusların şəkillərindən ibarət yalnız bir ümumi plakat hazırlatdıracaq. Onların ayrı-ayrılıqda şəkillərinin qaldırılmasını isə yaxınlarından və onları dəstəkləyənlərdən gözləyirlər.

Ana səhifəXəbərlər12 oktyabr mitinqinə icazə verildi