“11 il qul kimi işlədim, uşağımı sağalda bilmədim”

“11 il qul kimi işlədim, uşağımı sağalda bilmədim”

Ramilə Nağıyeva 2 övladı ilə kirayədə yaşayan tənha anadır. 12 yaşlı oğlunun əqli çatışmazlığı var. Oğlunu müalicə etmədiyinə görə həyat yoldaşından ayrılıb.

Ramilə xanım ailə həyatı boyunca – 11 il parnikdə fəhlə kimi çalışdığını deyir. Ağır iş yükündən sağlamlığını da itirib, ancaq oğlunun sağalmasına nail olmayıb.

28 yaşlı Ramilə Nağıyeva Bakıya yenicə gəlib. Evlərə təmizliyə gedib, uşaqlarını dolandırır. İş vaxtı da ürəyi oğlunda qalır. Onu nəzarətsiz, tək qoymağa qorxur.

Ananın özü üçün bir arzusu yoxdur. Tək istəyi övladlarını bir qarın çörəyə möhtac olmadan, xoşbəxt görə bilməkdir.

Ana səhifəVideo“11 il qul kimi işlədim, uşağımı sağalda bilmədim”